Salam bayquş! Həə salam dostum,Bu gun nə yaman tez durmusan yuxudan? Yenə tənhasan mənim kimi? Yenə də səni mənim kimi başa duşən,dərdlərin yanan yox? Deyəsən coxdan unudub bizi unudan! Coxlu əfsanələr gəzir haqqinda! Kimi deyir qizsan,hansisa nakam məhəbbətindən insanlardan uz dondərmisən,kimi deyir bədbəxtlik gətirənsən!Sənsə dinməz soyləməz oturmusan.Ozun xaraba divar ustundə,qəlbin qəm otağında. Mən də sənin kimiyəm dostum,məndə təha,qolu zəncirli,qəlbi sust və kədərli.Mən də sənə oxşamışam.Bəlkə elə məndə əzəldən bayquş doğulmuşam.? Baxma mənə məlul-məlul,bir mən bilirəm ki,bala olan vaxtinda sən də ana əzizi olmusan,Yuvada əzizlənmısən.Zaman kuləkləri əsib,taleyinə dumanlar gəlib,cixib getmisən,bu nahaqq dunya ilə mubarizədə geriləmisən. Mənim oxşarım.Mən də anamın bircəsiydim,məndə əzizdim,mən də qayğisiz ,fikirsiz,dərdsizdim.O kuləklərin qəlpəsi mənə də dəydi.Əyilməz idim,kuləklər əydi. İndi əlimdə durbin baxiram sən duran yerə,Sən məndən də qeyrətlisən,o xaraba kəndə icazəsiz gedə bilirsən,mənsə yox.Sən azadsan,mənimsə əllərim zəncirdə.Bir qira bileydim onlari,yanina gələrdim,qayidardim.Sonra gələrdim birdə. Baxma mənə belə tənəli,zamanin dəyirmancisi deyiləm mən.Dəyirmancilar neynir ki burda?Buralar soyuq və tənha,onlarsa isti yerlərdə!Lazimdirmı ki,onlar gələ və duralar soyuqda? Burda bir sənsən,birdə mən.Blirəm yanıma ucmaq kecir qəlbindən.Tənhalığı atmaq ucun.Tənhalıqdan qacmaq ucun.Amma gəlmə,birdən elə zəncirli vətən torpağının ətri gələr səndən,o zaman dozərmisənmi ki? Axi nalələr eşidərsən qəlbimdən. Eh gun gələydi səndə qurtulaydin təklikdən,mən də zəncirlərdən.Amma reallıqdir bu ki,səni təklik incidir,məni biləklərim.Ağriyan isə silahdan deyil,ağridan zəncirdir! Gun gələydi ki,o xarabalar abad olaydi,yenə cəpərlər arxasindan təndir corəyinin ətri gəleydi,hənirtiyə həsrət divarlar canlanaydi,gulləllərdən dəlik-deşik olmuş canlari dincəleydi.Gun olaydi ki,durbini kənara tullayaraq sənə tərəf gəleydim. Gun olaydi sənə catib deyəydim: SALAM BAYQUŞ. Gun olaydi ki,cavab verəydin:Əleykumə Salam, AZAD OLMUŞ !!!
Çap etmək
|