Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5493 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: admin | 15 Fevral 2012 | Oxunub: 1254| Yadda saxlamaq:
Əziz müəlliflər!
İki ildən artıqdır ki, Misra.az portalı Sizin ixtiyarınıza verilib. Bu zaman ərzində çoxlarımız bir-birimizi qiyabi olarq tanımışıq - kimisi sənət dostu olub, kimisi düşmən. Ola bilsin indi müəlliflərin bir məclisə yığışaraq, əyani tanış olmağın vaxtı yetişib. Məclisin26 fevral 2012-ci il tarixində saat 11:00-13:00-da "Əli və Nino" kitab evində keçirmək planlaşdırılır. Məclisdə iştirak etmək üçün ÖDƏNİŞ TƏLƏB OLUNMUR.
Ünvan: Nizami 91. (Opera və Balet, Gənc tamaşaçılar teatrının yanı).
Məclisdə Xocalı soyqırımının anılması, şeirlərin oxunması və "İlin şairi 2011" müsabiqəsində qalib gələn şairlərə Fəxri fərmanların verilməsi nəzərdə tutulub və onlardan məclisdə iştirak etmə haqqı alınmayacaqdır. Məclis haqqında fikirlərinizi və suallarınızı resenziya olaraq əlavə edə bilərsiniz.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
salam, hörmətli ADMİN.inşallah ki, vaxtın dəqiqi bilib o məclisdə böyük məmnuniyyətlə iştirak edərəm.allah hamınızdan razı olsun. bu görüşü təşkil etdiyinizə görə, sizə öz minnətdarlığımı bildirirəm.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: Bakı
Əsərlərin sayı: 132
Resenziyalar: 525
Status: Şair
necə gözəl bir fikirdir.Belə şeyin olmağına sevindim.ancaq mənə icazə verilməz ki mən həmin məclisdə iştrak edim.Ancaq elə çox istərəm həmin yerdə olum
Yaşayır: Azərbaycan, Bakı şəhəri
Əsərlərin sayı: 8
Resenziyalar: 51
Status: Administrator
Məclisi çalışaram bazar gününə təyin edim.
Sitat: hasimova
necə gözəl bir fikirdir.Belə şeyin olmağına sevindim.ancaq mənə icazə verilməz ki mən həmin məclisdə iştrak edim.Ancaq elə çox istərəm həmin yerdə olum
Ola bilsin Siz məclisin "formatını" düz təsəvvür etmədiz. Bu köhnə dostların restoranda yığışaraq yeyib-içmək məclisi olmayacaqdır. Daha çox dairəvi masa formasında olması nəzərdə tutulub. Ancaq daha rahat şəraitin yaranması üçün hər kəsin qarşısında çay və ya qəhvə olmasını təşkil etmək istəyirəm.
Yaşayır: Baki
Əsərlərin sayı: 31
Resenziyalar: 632
Status: Şair
Hamınızı salamlayıram! Belə məclis təşkil etdiyiniz üçün sizə şəxsən təşəkkürümü bildirirəm. Həqiqətən də dəyərli portal üzvləri ilə əyani tanış olmaq çox xoş olardı.