Bir çinar bitmişdi Yol kənarında Yarpaqları təzə, tər. Üç bulaq çağlardı sol kənarında, Sağında dəli Tərtər. Ona fəsillər də Bəxşiş verərdi – Yaz yaşıl, payız sarı, Qış bəyaz boyanmış Bax beləydi paltarı. Yayın istisindən yayındırardı Yorğun-arğın yolçunu, Gecələr qoynunda ovundurardı Sərçəni, sığırçını. Yenə ləpələnib sarılı ağlı, Günəşdən nur alıb Bərq vurur çay da. Çinar daha görünmür... Ona balta çalıb bir zalım oğlu Bilmirəm hansı ayda, Bilmirəm hansı gündə... Bir ocaq da qalayıb Kötüyünün dibində Ürəyimə od düşüb, Murovun xəfif mehi, Yeli məni yandırır, Doğranılan çinarın Oduna o qızındı – Külü məni yandırır! Külü məni yandırır!
Müəllif: Ənvər Rza.
Çap etmək
|