Bir dayanıb ətrafına baxasan, Nə neymətlər, gözəlliklər görərsən. Bunların heç birini sən qoruya bilmirsən. Etmə belə! Dur! Dayan,ey insan!
Yaradanın verdiyini sən əlinlə itirsən. Havaya zəhər buraxan nə zavodlar tikirsən. Nələri yox edirsən,sən özün də bilmirsən. Etmə belə!Dur!Dayan,ey insan!
Ağlın,fikrin hey yeni icaddadı. Bilirsən,ki bunlar puldu,paradı. Təbiətin yanında sənin üzün qaradı. Etmə belə!Dur!Dayan,ey insan!
Nə qədər meşələri yerlə yeksan edirsən. Çayları,dənizləri özün çirkləndirirsən. Sonu fəlakətdi, bunu sən də bilirsən. Etmə belə! Dur! Dayan, ey insan!
Artıq gec olacaq sən fərqinə varanda. Su tapılmayacaq susuzluqdan yananda. Yalnız səhra görərsən ətrafına baxanda. Etme belə!Dur!Dayan,ey insan!
Bunlar baş verməmiş,sən vicdana gələsən. Nələr törətdiyini öz gözünlə görəsən, Bir azca da nəfsini cilovlaya biləsən. Etmə belə!Dur!Dayan,ey insan!
Çap etmək
|