Bir misrada gizlidir Susqunluğu könlümün Bir həyatda gizlidi Mənası öz ömrümün Həyat,həyatmı...? Kimə sorsan deyəcək Bir addımlıq kiçik yoldu Mən daha tərpənmədim Bəs nədəndi,məni yordu...? Suallarım çoxdu mənim Yaşamadım...! Amma ,taqətim yoxdu mənim Vicuduma toxunuram Hər yerim yaradı Heç özümdə bilmirəm Ağrayan yerim haradı Bir quruca nəfəsəm Üzüm də çox solğundu Ürəyimi dindirirəm Deyir ki,çox yorqundu Ümidlərmi yaşadır...?! Bunu neçə deyim mən Ümidlə,son qoşadı De,hansını geyim mən?! Xəyallarmı ......!? Daha xəyal qurmuram Gecdə olsa anladım Bu uykuya uymuram Arzullarım dillənsə Ürək deyir, duymuram Hisslərimi oyadıram Amma daha kütləşib Əvvəl çox coşqun idi İndi isə bütləşib Gözlərimə baxıram Çox pərişan görünürlər Bu pərişan gözlərdə Kirpiklərdə sürünürlər Ruhum həm mənimlə Həm də ,mənsiz qalıbdı Buz bağlamış vicudum Onu məndən alıbdı Duyquları dinlədim İnim-inim ,inlədim Bir şairi andım Düşündüm ki,görəsən Şair bunu deyirdimi.. Mən də şam kimi yandım...!? Yandım,yandım... Yenə varlığımı,yoxluğumda andım Şair deyən bu idi O,yaşamışdı öncə dedi Hiss edirəm varlığımı Dilə gətirdiyim sözdə Mən görürəm sağlığımı Ya bunları hiss etməsəm Çox dərinə getməsəm Axı neçə yaşaram Yaşamaq elə bu ki, Gah susub,gah coşaram Əgər bunları dərk etməsəm Qalxdığım bir zirvədən Şiursuzca aşaram Uca zirvələri fəth etmək deyil ,niətim Həyat zalım olsa da, zaman verir qiyməti Mən sadəcə yolcuyam Bu həyatın yolunda həm ov,həm də ovcuyam.
Çap etmək
|