Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
M.P.Vaqifin "Bax" qəzəlinə təxmis » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib
və 5492 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   49
Ruslan Novres   49
Vusal Huseyn   31

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 83 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 50 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 50 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

M.P.Vaqifin "Bax" qəzəlinə təxmis

Müəllif: Rauf | 29 Yanvar 2012 | Oxunub: 250| Yadda saxlamaq:
Bu amansız dövrana bir ayiq ol,aşkarə bax,
Gör nə vaxtdandır bizə pünhan qalan əsrarə bax,
Ərz edim dərdim sənə,bu çəkdiyim əfkarə bax,
"Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax,
Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax".

Qəlbimə fağırların əhvalı vurmuş bir zədə,
Asibi-dövri-zaman qoymuş bu xəlqi lərzədə,
Kaş gələ bir hökmdar,həqqi-ədalət ərz edə,
"Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padişahi-qadirü-Qəhharə bax".

Fani dövran məzlumu etməz zülümlərdən uzaq,
Yaxşının ömrün hüzn,nadanın etmiş təmtəraq,
Tez köçər dünyadən,eylər kim ki xeyrə iştiyaq,
"Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör,gündüzdəki idbarə bax".

Etməyir bir bəndə,əfsus ki,xeyirxah karə şur,
Məhv olub insanlıq hissi,qalmayıb əqli-şüur,
Gəl yetiş imdadə,ya Sahib-zamanım,et zühur,
"Taci-zərdən taki ayrıldı dimaği-pürqürur,
Payimal oldu təpiklərdə səri-sərdarə bax".

Ol Xudayə borcludur hər kəs itaət etməyə,
Ki,bizi dəryayi-qəm içrə əsarət etməyə,
Küfr qılma ki,ola haqqın şikayət eməyə,
"Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax".

Fani dünya zillətindən hər soraq tutduqca,qaç,
Ömrü-rahət səmtinə zehnin çıraq tutduqca,qaç,
Dövri-kuyində yerin haqqın nahaq tutduqca,qaç,
"Baş götür bu əhli-dünyadan ayaq tutduqca,qaç,
Nə qıza,nə oğula,nə dustə,nə yarə bax".

Ey Rauf,ram olma,bu zillətlər içrə gər sinə,
Bağla ümmidin böyük Allahə,meyl et pak dinə,
Çünki ehsandır şəfaət axirətdə möminə,
"Vaqifa,göz yum,cahanın baxma xubü ziştinə,
Üz çevir Ali-əbayə,Əhmədi-Muxtarə bax".

14.01.2002

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Ürəyim... 
      » Növbəti əsər: Yar həsrət oxun atdın urəyimdən dəydi, 
Əsəri oxuyanlar (90)
  Oxşar misralar:
  • Cəhd elə,insan...
  • G Ə Z İ R Ə M
  • Allah eşqi
  • Övladi-bəşər,qıl nəzər..
  • Hifz qıl bizi
  •   Resenziyalar (18)  
    Yazdı: ilashka: 29 Yanvar 2012 18:59
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Men beyendim, yaxsi yazmisiz. Amma qeyd etdiklerimde herf sehvleri var.

    gəcrəftarə - kəcrəftarə (pis reftar eden)
    qənharə - qəhharə (mehvedici)
    təniklərdə - təpiklərdə
    qəffarə - Qəffarə bu soz boyuk herfle yazilmalidir, menasi gunahlari bagislayan Allah demekdir.
    Qafiyeleri de bir-birine uygundur. Ugurlar size!
    Yazdı: Mustanger: 29 Yanvar 2012 19:48
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 0
    Resenziyalar: 52
    Status: Yeni şair
     
    Muasir heyatimizin gozel izahini vermisiniz ustaliqla...Tebrikler...Rauf bey...
    Yazdı: Rauf: 29 Yanvar 2012 20:03
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Çox sağ olun diqqətiniz üçün.

    ilashka,
    Təşəkkür edirəm,düzəltdim. Amma "Qəhhar" da Allahın əsmasından biridir,"istədiyi hər şeyi edə biləcək hakim" deməkdir.

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Axundi: 29 Yanvar 2012 20:18
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 606
    Status: Şair
     
    Rauf qardaş, mükəmməl alınıb, əla!

    P.S. "Nə qıza,nə oğula,nə dustə,nə yarə bax"-özün düşün, bir hecalıq əlavə et, ilk oxunuşda çatışmazlıq istər-istəməz hiss olunur, məsələn "Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq"-burda heç hiss olunmur, uğur olsun!
    Yazdı: Rauf: 29 Yanvar 2012 20:40
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Axundi,
    Çox sağ ol.
    Hə,o beytdə bəhr pozulur,hər yerdə elə yazıldığı üçün elə götürmüşəm,yəqin kitablar düz yazmıyıb..

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: ilashka: 29 Yanvar 2012 21:27
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Yeqin ki, qehharin diger menasi da var, amma qehharin menasini yazmisam.

    Butun kitablarda bele yazilib. Men eruz veznini yaxsi bilmesem de, Axundinin qeyd etdiyi yerde hec bir qusur gormurem (bu menim oz fikrimdir). Cunki heca vezni ayri, eruz ayri. Eruzda hecalarin uzun teleffuz olunmasi sertdir. Fasilelerle oxunsa, azca da uzun teleffuz olunsa, mence qusur aradan qalxar.

    P.S Eruzda tefileler sozu parcalayir.
    Yazdı: Axundi: 29 Yanvar 2012 21:43
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 107
    Resenziyalar: 606
    Status: Şair
     
    İlhamə, elə ona görə də "Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq" qeyd etdim ki, məhz "Sübh" sözü bəhr qırıqlığını aradan qaldırır, amma "Nə qıza,nə oğula,nə dustə,nə yarə bax"-burda hansı hecanı uzun tələffüz etmək olar? hədəf "yarə"-dirsə, onu o qədər uzatmaq olmaz, bəhrə az da olsa xələl gətirir (irad tutulsa, Vaqifindir deyə Allahın qəzəbinəmi tuş gələrik?)
    Yazdı: Rauf: 30 Yanvar 2012 00:13
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    ilashka,
    "Qəhhar" Allahın 99 adından biridirsə,məncə,o söz siz deyən mənada işlənə bilməz. Axundinin qeydi düzgündür,çünki Vaqifin "Bax" qəzəli rəməlin "fAilAtün fAilAtün fAilAtün fAilün" təfiləsindədir,"Nə qıza,nə oğula,nə dustə,nə yarə bax" beyti isə təfiləyə heç cür uyğun gəlmir,yəqin kitablar səhv edib,ya da başqa bir səbəb var ki,biz bilmirik..

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: ELDAR: 30 Yanvar 2012 00:14
     
    Yaşayır: Bakı şəhəri
    Əsərlərin sayı: 117
    Resenziyalar: 435
    Status: Şair
     
    Aləmlərin RƏBBİNƏ həmd və sənalar olsun.

    RƏBBİN QƏHHAR (qəhredici) adının ən çox təcəlla edəcəyi axirət dünyasında (bu dünyada ən çox təcəlla olan RƏHMAN adıdır) cəmi müsəlmanlara səfaət arzu edirəm.

    Çünki ehsandır şəfaət axirətdə möminə,

    uğurlar.

    --------------------
    Həsrət məhəbbəti çəkəndə dara,
    Dünya sevincindən geyəndə qara,
    ALLAHIN əmriylə hər gün Eldara,
    Fələklər ah çəkər, mələklər ağlar !
    Yazdı: Saxavat: 30 Yanvar 2012 01:06
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     

    Qəhhar - Allahın qəhri-qəzəb sifətidir. Həmin sifətini göstərəndə külli-aləm fot olacaq...
    -----------------------------------
    R Ə M Ə L :

    Ey zibari ki, miyanəd, həmçi muyi dər kəmər,
    Ğonçe əz rəşki dəhanəd, mixorəd xuni-cigər.
    FAİLATÜN, FAİLATÜN, FAİLATÜN, FAİLAT.-
    Xiz əz BƏHRÜ-RƏMƏL,- in qit'əra bərxan zibər.

    ------------------------------------

    HAMINIZA TƏŞƏKKÜRLƏR!!!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
    Vusal-Hashimi
    sabinah
    hotsexceter
    mergrivfdm
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az