Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5492 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Adil Türkoğlu | 25 Yanvar 2012 | Oxunub: 93| Yadda saxlamaq:
Son zamanlar yazdığım mövzular sevgi, intizar. Düzdür bunlar verir mənə xoşbəxtlik və iftixar. Lakin, bilirəm yolumdan kənar xeyli mövzu var. Yaza bilərəm məsələn: qəm, kədərlə iqtidar. Amma, tutmuşam yolumu, tutmuşam böyük qərar.
Sənistə mən yazım səninçün əyləncədən və cip. Düşəcək maşından cinsi naməlum bir qəribə tip. Çəkdirəcək müğənnilər fanatlarçün gic klip. Bu insanlar beyinlərə yayılacaq sanki, qrip. Orduda əsgər də qalmaz hamısı edəcək fərar.
Hamı yeyər, hamı içər, gün belə keçəcək xoş. Kef eylə sən səhərə qədər əlli-əlli süzüb coş. Gələcək evinə gecə dəm olub tamam sərxoş. Bunları yığsan araya beyni yoxdur tamam boş. Xəbərsizlər əlləriylə özlərinə gor qazar.
Hər əlinə qələm alan insan şair deyildir. Hər uğura imza atan ölməz, dahi deyildir. Əsərləri məhşur olan ədib fani deyildir. Vaxt keçəndə insan ölər tək yaşayan sevgidir. Bu səbəbdən şeir yazanlar məhz sevgidən yazar.