Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Həsrətlə doluymuş » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib
və 5492 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   49
Ruslan Novres   49
Vusal Huseyn   31

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 83 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 50 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 50 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 41 | Resenziyalar: 2
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Axundi
Mövzu: GÖRÜNMÜR

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Həsrətlə doluymuş

Müəllif: Rauf | 23 Yanvar 2012 | Oxunub: 130| Yadda saxlamaq:
Dünya evi başdan-başa zillətlə doluymuş,
Çox haqsız əməllərlə,cinayətlə doluymuş,
Eşq aləmi də acı həqiqətlə doluymuş,
Qəm-qüssə ilə,dərd ilə,möhnətlə doluymuş,
Hər bir bəşərin ömrü hekayətlə doluymuş.

Mən də sevərək hisslərimin badına getdim,
Bir yarə könül verdim,ona etibar etdim,
Əvvəl elə zənn eylədim,öz arzuma yetdim,
Uğrunda cavan ömrümü bir şam tək əritdim,
Bilməzdim axı sevgi müsibətlə doluymuş.

Düşdükcə o günlər yada,qəm sinəmi dağlar,
Hər dəfə qəfil üz-üzə gəldikdə qabağlar,
Sanki bizi xoş günlərə səslərdi dodağlar,
Axır ki,qovuşduq,necə xoşbəxtdik o çağlar,
Çoxdandı,demə,qəlbimiz həsrətlə doluymuş.

Birlikdə gözəl günlərimiz keçdi ömürdən,
Artıq yolumuzdan da çəkilmişdi duman,çən,
Sevda işığında görünürdü üzümüz şən,
Hər dəfə dedikcə "səni qəlbən sevirəm mən",
Gördüm ki,o qəlb ülvi məhəbbətlə doluymuş.

Gəl ki,çox uzun çəkmədi bu saxta məhəbbət,
Kim olduğunu bir gün o göstərdi nəhayət,
Öz andını pozmaqla mənə etdi xəyanət,
Heç vaxt fikirləşmədiyim oldu həqiqət,
Bu fani həyat çox belə dəhşətlə doluymuş.

Düz yoldan azıb,əyri olan yolla gedibsə,
Bir özgə ilə can deyib,can eşidibsə,
O sevgidə var-dövləti,ad-sanı güdübsə,
Bir halda ki,vicdanı bunu qəbul edibsə,
Yəqin ki,bütün ömrü xəyanətlə doluymuş.

Getdi həyatımdan,belə məhv oldu o sevgi,
Əvvəl məni gündüz-gecə yandırdı bu itgi,
Sonra o əzabdan bir əsər qalmadı sanki,
Son dəfə onu gördüyüm an hiss elədim ki,
Qəlbim ona qarşı necə nifrətlə doluymuş.

Dərk eylə,Rauf,gəldi-gedərdir qoca dövran,
Layiqdir əsl eşqə tək ol Xaliqi-sübhan,
Bəsdir daha yazdın o vəfasızlara dastan,
Ondansa ibadət elə,get aç oxu Quran,
Hər cümləsi məna ilə,hikmətlə doluymuş.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: MƏNİMDİR 
      » Növbəti əsər: Ağlama,nə olar ağlama 
Əsəri oxuyanlar (54)
  Oxşar misralar:
  • Yada düşdükcə o çağlar
  • Gedirsən bu gecə
  • Getdi o günlər,geri dönməz
  • Əsl Eşq
  • Vüsalə yetməmiş öldü
  •   Resenziyalar (6)  
    Yazdı: angel15: 23 Yanvar 2012 02:01
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 40
    Resenziyalar: 325
    Status: Şair
     
    Rauf sözüm yoş Əsər superrrr superrrrrrrrrrrrrrrrrrrdi.
    ------------------------------------
    O sevgidə var-dövləti,ad-sanı güdübsə,
    Bir halda ki,vicdanı bunu qəbul edibsə,
    Yəqin ki,bütün ömrü xəyanətlə doluymuş
    ---------------------------------------------------
    Pul var dövlət əbədi olmayacaq ki?????????Onda o çox peşman olacaq.........Qəm eyləmə....

    --------------------
    Şairlərdir əsl həkim ,
    Dərman deyib , şer verir .
    Vay o xəstənin halına ki ,
    Şer deyil nağıl sevir .
    Yazdı: Saxavat: 23 Yanvar 2012 02:16
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     

    Salamlar qardaşım Rauf! SON BƏNDİNDƏ ŞEİRİVƏ ƏN GÜCLU MÖHÜRÜNÜ
    VURUBSAN. ƏHSƏNLƏR. SAĞ OL!
    --------------------------------------------

    ŞEİR ALLAH TƏBİDİR, VERMƏZ ONU HƏR YETƏNƏ,
    "MƏSCİDİN QAPISI AÇIQ OLSA DA, BUNDAN İTƏ NƏ"?..
    Yazdı: ilashka: 23 Yanvar 2012 02:40
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Çoxdandı,demə,qəlbimiz həsrətlə doluymuş.

    Inanin bu seirinizin menasina, gozelliyine uygun soz tapmiram. Lirikada terennum esasdir. Sizde de bu cox ugurlu alinib. Ehsen size! Sonuncu bend xususile superdir.
    Yazdı: Necmeddin: 23 Yanvar 2012 11:39
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Dərk eylə,Rauf,gəldi-gedərdir qoca dövran,
    Layiqdir əsl eşqə tək ol Xaliqi-sübhan,
    Bəsdir daha yazdın o vəfasızlara dastan,
    Ondansa ibadət elə,get aç oxu Quran,
    Hər cümləsi məna ilə,hikmətlə doluymuş.


    Qardas laiqli bir eserdi VAR OL

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Rauf: 24 Yanvar 2012 00:04
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Çox sağ olun,minnətdaram.

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Mustanger: 29 Yanvar 2012 13:42
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 0
    Resenziyalar: 52
    Status: Yeni şair
     
    Sevgi ve Nifret arasinda sanki Sirat Korpusu nazikliyinde bir xett var...gozel yazmisan urekler de var bu sozler diline getire bilmedikleri insanlari dilinden daniwirsiz...Tebrikler...Rauf bey...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
    Vusal-Hashimi
    sabinah
    hotsexceter
    mergrivfdm
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az