Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5492 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20880 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: elvin mehmanli | 19 Yanvar 2012 | Oxunub: 184| Yadda saxlamaq:
Deyəsən sevgiyə düşübdü Elvin. Niyə düz gəlməsin sözün-sözümlə, Niyə baxışmasın gözün-gözümlə. Gecə danışıram özüm-özümlə, Daha üzdü məni bu gizli sevgin, Deyəsən sevgiyə düşübdü Elvin.
Dedin dərd-sərimə toxunma sirrdi, Ömürdən ömürün çox şey itirdi. Bizim ki,qəlbimiz həmişə birdi, Niyə ayrı olsun evimlə evin, Deyəsən sevgiyə düşübdü Elvin.
Qorxuram illərim ötüşər bada, Həmişə dərd verdi eşqin dünyada. Çatdın istəyinə,yetdin murada, Sil o göz yaşını,ağlama sevin, Deyəsən sevgiyə düşübdü Elvin.
Nə çətin iş imiş sevmək-sevilmək, Bircə qırpımdaymış qovuşa bilmək. Necə də çətindi qovuşa bilmək, Tutuşa bilməyir əlimlə əlin, Deyəsən sevgiyə düşübdü Elvin.
Sərrafam,baxışın sevən baxışdı, Ağıllını dəli edən baxışdı. Gizlindən gözümü güdən baxışdı, Özüm də bilmirəm,kim bilir desin, Deyəsən sevgiyə düşübdü Elvin.
Yaşayır: Bakı
Əsərlərin sayı: 40
Resenziyalar: 325
Status: Şair
Sevgi insana çox dərd versə də şox şirin nemətdir . Əgər Allah istəyirsə və ikinizdə qovusmaq arzusu ilə yanırsızsa demək qovuşassız. Ümidini üzmə ən böyük səbr sevgidə gərəkdi .
--------------------
Şairlərdir əsl həkim , Dərman deyib , şer verir . Vay o xəstənin halına ki , Şer deyil nağıl sevir .
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
Bizim ki,qəlbimiz həmişə birdi, Niyə ayrı olsun evimlə evin, Deyəsən sevgiyə düşübdü Elvin.
çox gözəl elçilik nümunəsi yaratmısan.əllərin var olsun.icazə ver sorşum , hə cavabın almısan?bilirsən, məhərrəmlikdən sonra toylarla maraqlanıram da......... qışın bu sazağında səni yandıran, yazdıran qızada eşq olsun, sənə də.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Salam qardaş nə olun şəkərburaya dönmüsən.haralardasan? Deyirlər ki, toy olacaq.Doğruxəbərdir? yoxsa şayədir.Onu da qeyd edim ki, İnşalah toyunda o qədər də xərcə düşməyəcəksən Aygün xanım pulsun oxuyacaq,mən də sənin xətrin üççün aparıcılıq edərm. Birdəki vaxıtn olanda sənə gələn ismaırmlardan biri silki sənə ismaırv\c göndərə bilim.
qaldı ki, şerə əllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.
Yaşayır: Bakı
Əsərlərin sayı: 132
Resenziyalar: 525
Status: Şair
HƏYATDA MƏHƏBBƏTİN BİR ÇOX NÖVLƏRİ VAR.İLKİN MƏHƏBBƏT,YETKİN MƏHƏBBƏT,HƏQİQİ MƏHƏBBƏT.HƏQİQİ MƏHƏBBƏTƏ ƏXLAQİ MƏHƏBBƏT DƏ DEYİRLƏR.DÜZDÜR HAMI DEYİRKİ,İLKİN MƏHƏBBƏTƏ HEÇ NƏ ÇATMAZ .ANCAQ YOX MƏN O SÖZLƏ RAZI DEYİLƏM.ƏSL MƏHƏBBƏT ƏXLAQİ MƏHƏBBƏTDİR.ÇÜNKİ ƏXLAQİ MƏHƏBBƏTƏ SAHİB OLAN İNSAN AİLƏ QURUR.ÖMRÜNÜ SEVGİSİNİ HƏMİN İNSANLA BÖLÜŞMƏYƏ QƏRAR VERİR.ALLAH HAMIYA SİZƏ DƏ O CÜR SEVGİ QİSMƏT ETSİN.MƏNİM ƏZİZ QƏLƏM YOLDAŞIM ƏZİZ QARDAŞIM.DEYƏRDİM ƏLADIR.QƏLƏMİNİZ,QƏDƏMİNİZ MÜBARƏK
Yaşayır: --
Əsərlərin sayı: 287
Resenziyalar: 953
Status: Şair
Hörmətli haşımova, Sizə salamlar olsun! MƏHƏBBƏT barədə ətraflı şərh verdiyinizçün Sizə təşəkkür və minnətdarlığımı bildirırəm amma bunu da qeyd edim ki, Vallah adamın qəlbinə məhəbbət ilk qədəmlərini atanda Qəlb ondan soruşmey ki, sən hansı məhəbbətdənsən. Bu qarpız kimi bir andırdir,- yani kəsiləndən sonra ağligı yaxud qırmızılığı məlum olur. Məhəbbət barədə dəyərli məsləhətlərinizə görə Çox sağ olun! TƏŞƏKKÜRLƏR!!! -----------------------------------
Salam Aygün xanım! Sən də başlayıbsan məhərrəmlikdən danışmağa məgər səfər ayıni unutmusan?
-----------------------------------
Elvin qardaşimizsa bu barədə necə düşünübsə bilmırəm amma Ona Allah xeyirivi versin qardaşım,- deməkdən özgə bir şey gelmey ki. əlimdən.
----------------------------------- ALLAH MÜBARƏK ELƏSİN, HAMINIZA TƏŞƏKKÜRLƏR, ŞAĞ OLUN, ALLAH AMANINDA OLASIZ, inşəALLAN.
Yaşayır: --
Əsərlərin sayı: 287
Resenziyalar: 953
Status: Şair
QIZ, bebelə camaatın içində heylə sual verib diyəm mənı nöş utandıreysan? Mənim nəyimə lazim,- kim qarpızı aldı yaxud boşadı. Hər halda bu aylarda qapız barədə düşünməyi sənə məsləhət görmürəm. Pişiksə torbanı bəlkə çoxdan cırıb, mənə belə gəlir, bu haqda sən nə düşüneysən, QIZ! ----------------------------------- Dəyərli sualıva görə sənə təşəkkür edirəm, canm.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
AY OĞLAN, SƏN ALLAH MƏNİ BU QALMAQALDAN UZAQ ELƏ.AXŞAM BİRİNDƏN GÜCLƏ QURTARMIŞAM.MƏNDƏN OLSA SƏN O PİŞİYİN DIRNAQLARIN KƏS,YA DA TUT BAĞLA, QAÇMASIN.YOXSA GƏLİB MƏNİM TORBAMA GİRƏR...........BİR DƏ NİYƏ UTANIRSAN, ALLAH BAŞI DÜŞÜNMƏK,ÜRƏYİ DƏ SEVMƏKÇÜN YARATMAYIBMI?
:))
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: --
Əsərlərin sayı: 287
Resenziyalar: 953
Status: Şair
Aygün, dediyin pişik məsələsi yadıma bir əhvalatı saldi axı: Evində şuluq salan pişiyi b sahibi azdırmaq üçün torbaya salıb yola düşür, kəndin ortasında pişik tənginəfəs olduğundan bərkdən miyodayıb torbanı didməyə başlayır, onun səsini eşidən itlər kişiyə hücüm edəndə kişi qorxusundan özünü itırır və torba yerə düşür, torbadan çıxan pişiksə bir sürü ıtı görüb dırmaşır sahibinin başına, ardını özün təsəvvür elə də...