Qurtula bilməyirəm çətinlikdən mən, İynəylə gor eşirəm hər saat, hər dəm. Fəryadım zilə qalxır, hərdən olur bəm, Tərk etmyə dünyanı yoxdur ləyaqət, Fəqət zora dözməyə çatır cəsarət.
Sevgim çox alçalıbdır, yerlə yeksandır, Bu günki məğlubiyyət mənə nöqsandır. Batardım qəm gölündə qınaq "ad-sandır", Qalmayıb sevənlərdə zərrə sədaqət, Dünyanı ram eləyib yalan, xəyanət.
Gəlir kaman səsi, sızladır məni, Beşiyində yürgələr tənhalıq dəmi. Xəyallar aləmindən gələn bir gəmi Aparsın uzaqlara, qalmadı taqət, Ölsəm də yaşayacaq acı həqiqət.
Çap etmək
|