Həyatım zillət içində, Millətim zülmət içində, Yaşarıq töhmət içində, Rəhm elə, bizə rucu" ver, Allahım, işıq ucu ver. İmamıma xurucu ver!
Yoxsulluq at oynatmada, Bağrı qana boyatmada, Qır qazanı qaynatmada! Gündəlik ehtiyacı ver, Allahım, işıq ucu ver. İmamıma xurucu ver!
Yox nicata can atdığım, Yeknəsəkdə rahatlığım, Qarışıqda fanatlığəım... Bir az mənə əl borcu ver, Allahım, işıq ucu ver. İmamıma xurucu ver!
Yaşatmağa dövlətimi, Ucaltmağa millətimi, İtitməyə qeyrətimi Oğullara dağ gücü ver, Allahım, işıq ucu ver. İmamıma xurucu ver!
Çap etmək
|