Sən də sevirsənsə əgər niyə inciyirsən?
Lap olmusan dəymə-düşər, niyə inciyirsən?
Mən sənə canım demişəm, sən acı davranmısan,
Körpə uşaqlar kimi safsan deyə aldanmısan,
Küsməyin ondandı, deyirsən ki, nişanlanmısan,
Doğru deyilsə bu xəbər niyə inciyirsən?
Gör kimə aşiq olmuşam, özümü çox öymüşəm mən,
İndi də qarşında durub boynumu əymişəm mən,
Ola bilər ki, bilməmişəm, xətrinə dəymişəm mən,
Sən də dəymisən o qədər, niyə inciyirrsən?
Barışmaq üçün gecələr sən mənə zəng edirsən,
Gah barışırsan, yada ki, inciyərək gedirsən,
İnciməyinlə bu qədər sən məni incidirsən,
Gecə barışırsansa səhər niyə inciyirsən?
Gözəlliyinə aşiq olduğum o həmin gözəl yar,
Qarşıma çıxdıqda özümdə olmayır ixtiyar,
Sual verirsən ki, -kimdi? Deyirəm bir nəfər var,
Sənsən həmin o bir nəfər, niyə inciyirsən?