DataLife Engine > Sevgi lirikası > XatirÉ™m olsun...

Xatirəm olsun...


28 Dekabr 2011. Đŕçěĺńňčë: ilashka
Həyatında yerim yox, ürəyində olsa da,
Gözlərində gözlərim sənə xatirəm olsun.
Bəllidir ki, dərdin çox, ürəyində qalsa da,
Ürəyində közlərim sənə xatirəm olsun.

Susub baxdım mən sənə, amma yenə doymadım,
Sevgi dolu qəlbini mən heç zaman oymadım,
Günəş doğan yoluna kölgə düşsün qoymadım,
Yolundakı izlərim sənə xatirəm olsun.

Son sözümü demədim: Xoşbəxt ol bu dünyada,
Ətrafında dostun çox, vermə sirri sən yada,
Arzuların çin olsun, getməsin heç vaxt bada,
Bütün ürək sözlərim sənə xatirəm olsun...

İlhamə Sultan

Âĺđíóňüń˙ íŕçŕä