DataLife Engine > Sevgi lirikası > XÉ™yalın qarşımda, heç görmÉ™sÉ™mdÉ™.

Xəyalın qarşımda, heç görməsəmdə.


6 Sentyabr 2010. Ðàçìåñòèë: tornado1962
Kədər gör nə qədər könlünü çalmış,
Hər sözün, sətrində iniltin yatır.
Bu kəs illər boyu biganə qalmış,
Sevgi atəşisə yandırıb-yaxır!

Tale birdən küsüb üz çevirəndə,
Özüm mərhəmətə möhtacam yaman.
Leylinin karvanı geri dönəndə,
Söylə nə təsəlli tapım o zaman.

Durnalar köçəndə hər payız yenə,
Mən səni anıram istəməsəmdə.
Çətin sinəmdəki atəşin sönə,
Xəyalın qarşımda, heç görməsəmdə.

Âåðíóòüñÿ íàçàä