DataLife Engine > Sevgi lirikası > SevÉ™nlÉ™rÉ™ hÉ™sr edirÉ™m

Sevənlərə həsr edirəm


28 İyun 2010. Ðàçìåñòèë: sekineilyasqizi
Sevməyəcəm
qəribsən sevgi elində
daha səni sevməyəcəm
sevgim qalacaq könlümdə
daha səni sevməyəcəm

yerinə yaşı sevəcəm
çınqılı daşı sevəcəm
çiçəksiz qışı sevəcəm
daha səni sevməyəcəm

duyğu nədi anlamayan
dəlini belə sevəcəm
ölümü belə sevəcəm
daha səni sevməyəcəm

ürəksiz sevgilər axtar
özgəni axtaran tapar
sevgimi ki sevəmmədin
daha səni sevməyəcəm

sənin bütün çoxdu yerdə
mənim göydədi Tanrım bir
sən bütpərəst mənsə şair
daha səni sevməyəcəm...


...
gedirəm arxamca atma su
onsuz da yolla getmirəm ki
qalan yoldu gedənsə yolçu
yolu sənə verib gedirəm

onu sınmağa verməmişdim
özünün əllərin sürüşdü
bir yumruÄŸu saxlamayan
əli sənə verib gedirəm

dərdlərini "yagış"sovurar
sənə dəyirmançı deyiləm
ocaöımıza kəfənlik olar
külü sənə verib gedirəm...

Âåðíóòüñÿ íàçàä