DataLife Engine > Sevgi lirikası > Bir qÉ™rib quÅŸ kimi qondu qoynuna

Bir qərib quş kimi qondu qoynuna


27 May 2010. Ðàçìåñòèë: tornado1962
Sənin gözlərində eşqimi tapdim,
Elə bil bu yatmış bəxtim oyandı.
Bəlkə də tanışıq yüz ildir, sandım,
Dünya fırlanarkən nitqim dayandı.

Bir qərib quş kimi qondu qoynuna,
Hicrindən kədərli alqın baxışlar.
Kaş ki, dolanaydı qolum boynuna,
Nə həsrət çəkərdi, mənə tanışlar.

Qonur gözlərindən oynaq təbəssüm,
Qoy heç silinməsin mən ölənədək.
Vüsalın şirindir, onsuz mən ölüm,
Nə qədər səbr edim sən gələnədək.

Âåðíóòüñÿ íàçàä