Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Yuxuma gəl... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib
və 5491 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   49
Ruslan Novres   49
Vusal Huseyn   31

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 83 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 50 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 50 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 40 | Resenziyalar: 2
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ulvi Rovsen
Mövzu: KİM?!
Yazan: Ulvi Rovsen
Mövzu: 23. 04. 2004
Yazan: Ulvi Rovsen
Mövzu: 08. 10. 2006
Yazan: Ulvi Rovsen
Mövzu: Ay-dəniz...

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Yuxuma gəl...

Müəllif: ilashka | 19 Fevral 2012 | Oxunub: 314| Yadda saxlamaq:
Yenə adi bir gecə, həsrətinlə yatıram,
Qərq olmuşam xəyala boğuluram, batıram,
Başqa çarə yoxdur ki, dərdə sevinc qatıram,
Yuxuma gəl, yuxuda gerçəkləşsin arzular.

Sən gedəndən tənhayam, səni kimdən soruşum?
Çətin olsa da, gərək taleyimlə barışım,
İstəmirəm mən artıq qüssə, qəmlə yarışım,
Yuxuma gəl, yuxuda gerçəkləşsin arzular.

Bənzətmisən məni sən bir inciyə, sədəfə,
Məhəbbətim həmişə tuş gəlibdi hədəfə,
Görüşmürük həyatda, heç olmasa bir dəfə
Yuxuma gəl, yuxuda gerçəkləşsin arzular.

Sevən qəlbim bircə gün sənsiz qalıb gülmədi,
Çətin gündə dərdimi kimsə gəlib bölmədi,
Qəlb məhəbbət əlindən yaralıdır, ölmədi...
Yuxuma gəl, yuxuda gerçəkləşsin arzular.

01.02.2012

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
      « Əvvəlki əsər: Bir fotoqrafın gündəliyindən... 
      » Növbəti əsər: Gedər 
Əsəri oxuyanlar (94)
  Oxşar misralar:
  • Əsir sevgi(mənsur şeir)
  • Yuxuda
  • Yuxuda gördüm ki, itirdim səni
  • Yozun bu yuxumu, yuxu yozanlar (Ənvər Rza )!
  • Nə olar oyatma məni bu səhər
  •   Resenziyalar (17)  
    Yazdı: Axundi: 19 Fevral 2012 22:08
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 106
    Resenziyalar: 605
    Status: Şair
     
    Qoymaram hicran sənin ürəyinə toxuna
    Bir gecə də qəflətən acıq verib çoxuna
    Keçib maneələri gələcəyəm yuxuna
    Görüşərik...yuxuda gerçəkləşər arzular

    ...sadəcə iki misranın şərəfinə:
    "Görüşmürük həyatda, heç olmasa bir dəfə,
    Yuxuma gəl, yuxuda gerçəkləşsin arzular"
    Yazdı: sefer: 19 Fevral 2012 22:24
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    Həyatda arzuların ardınca çox qaçmışam,
    gerçəkdə sevduyimi,yuxularda tapmışam
    yuxudan ayılanda amma peşman olmuşam
    Həyatda görüşün ki gerçəkləşsin arzular

    Allah amanında
    Yazdı: Saxavat: 19 Fevral 2012 22:48
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     
    Ay canım mənim, SƏNİN BU ŞEİRİN MƏNİ ELƏ AŞKARDA ALDI EY ÖZ QOYNUNA... VALLAH DÜZ SÖZÜMDÜ, QURBAN OLARAM EY BELƏ BİR ƏSƏRİN YARADICISI OLAN İLHAMƏNİN DÜŞÜNCƏSİNƏ, İLHAMINA, QƏLƏMİNƏ, DƏFTƏRİNƏ və BU İLHAMİ ONA ƏTA EDƏN RƏBBİMIZƏ.

    ---------------------------------------

    ÇOX SAĞ OL ƏZİZİM!!! ALLAH SƏNİ BƏD NƏZƏRDƏN HİFZ ELƏSİN!!!

    ----------------------------------------

    SAĞ OLLAR, ƏHSƏNLƏR və TƏBRİKLƏR HALAL OLSUN SƏNƏ!!!

    ----------------------------------------

    Şeirində bütün qaydalar: poetik detallar, məna-məzmun qaydası sənin lhaminın ellərilə elə yoğurub, yapılb ki, burada kütə gedəsi heç nə yoxdur. ÇOX LƏZZƏTLƏ YEDİM SƏNİN BELƏ BİŞİRDİYİN BƏRƏKƏTLİ TƏAMI, ƏZIZIM!!! AFƏRİN! ŞEİR BELƏ OLAR.
    Yazdı: ilashka: 20 Fevral 2012 00:01
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Elvir, Səfər, şeirləriniz üçün təşəkkür edirəm!

    Elvir, çox bəyəndim. Şeirimə cavabın çox gözəl alınıb...

    Səfər, bəzən həyatda görüşsən də, arzuların gerçəkləşmir ki. Ona görə də bütün bunların yuxuda da olsa belə, olmasını istəyirsən...

    Səxavət, minnətdaram! O qədər dəyərli sözlər yazmısan ki bilmirəm hansını deyim. Çox mütəəssir oldum... Təşəkkür edirəm, Allah səni də qorusun!
    Yazdı: Shemsi: 20 Fevral 2012 00:47
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Salam İlhamə qızım. şeirə üç yanaşma mövcuddur. Oxucu kimi, yazar kimi, bir də tənqidçi kimi. Oxucu zövqünə uyğun qiymət verir və onu məzmun maraqlandırır.vdaha onun üçün maraqlı deyil ki, vergül, nöqtə yerindədir, yoxsa yox. O, ürəyindən keçənləri şeirdə tapırsa deyir ki hə bu şeirdir. yazar şeirin bölgüsünə, onun ruhuna uyğunluğuna, məzmun və mənasına fikir verir. Tənqidçi isə tənqid eləməyə yer, nöqsan axtarır. Mən sənin bu şeirini hər üçü nöqteyi-nəzərdən saf-çürük elədim. Yaxşı şeirdir. məna, məzmun və ... bir sözlə hər şey yerindədir. Gözəl yazmısan. az yazırsan, amma yaxşı yazırsan. sükanı belə saxla!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Saxavat: 20 Fevral 2012 01:01
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     
    Canuvi yeyərəm ey sənin, Qardaşım Axundi, Nə deyibsən bə,
    SAĞ OL EY!!!


    ŞƏMSİ QAĞAMA ATƏSİN SALAMLAR!!! ĞAĞA DÜNƏN BU ƏCİNNƏLƏRİN İÇİNDƏ MƏNİ TƏNHA QOYUB HARA ƏKİLMİŞDİN???
    Yazdı: ilashka: 20 Fevral 2012 02:00
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Çox sağ olun, Şəmsi bəy! Sizin belə ürəkaçan rəyləriniz mənə stimul verir. Ürəyimdən gələnləri yazıram, amma əsas daxili bölgülərə, qafiyələrə bacardığım qədər diqqət edirəm (arada istisnalar olur). Rəyiniz üçün minnətdaram!
    Yazdı: Shemsi: 20 Fevral 2012 02:23
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    istisnalarda qorxma. Bu təbiidir. Fikir verdiklərin əsas şərtlərdir. Bir az püxtələşəndən sonra ona fikir vermədən öz-özünə elə alınacaq. Buna təcrübə deyilir. narahtsansa yaxşı yazar olacaqsan. mən buna inanıram.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: QABIL EDALET: 20 Fevral 2012 02:34
     
    Yaşayır: .........................
    Əsərlərin sayı: 78
    Resenziyalar: 666
    Status: Şair
     
    Gözlərin yollarda qoyma nə olar,
    İlhamə kədərdən saralar-solar.
    Uca Yaradana budur duası,
    Yuxsuna gəl, gercəkləksin arzusu


    love

    --------------------
    Qabil Ədalet
    Yazdı: Axundi: 20 Fevral 2012 02:50
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 106
    Resenziyalar: 605
    Status: Şair
     
    Şəmsi bəyin rəyindəki kiçik bir nüansı qeyd etmək istərdim: "narahatsansa yaxşı yazar olacaqsan" Bu həqiqətən də vacib bir məqamdır, əgər öz yazılarına mütəmadi olaraq nəzər salırsansa, "qəsdən" bir səhv tapmağa çalışırsansa, hətta hamı tərəfindən "əla" qiymətləndirilən bir yazı belə səni həmişə narahat edirsə və onunla yeni tanış olacaq birinin irad tutmaması üçün tez-tez göz gəzdirirsənsə, deməli hər şey qaydasındadır. Qaldı ki, digər məqamlar, onlar da zamanla yoluna düşəcək, uğurlar sənə!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
    Vusal-Hashimi
    sabinah
    hotsexceter
    mergrivfdm
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az