Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5491 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
Əsərlərin sayı: 280
Resenziyalar: 899
Status: Şair
Dağların başından duman da getdi Sən də oldun duman, çən...qayıtmadın Sən getdin...ümid də, güman da getdi Həsrətin qayıtdı, sən qayıtmadın.. Elvir deyəsən bu bəmd birinci olub, sonra dəyişmisən?
həmişəki kimi duyğu dolu, sevgi və həsrət dolu bir göynəmə...................
gözəldir.
--------------------
Qəm divar deyil, uçuram, Yanmışam, oddan qaçiram. Nahaqq görsəm dil açıram, Vallah mən şair deyiləm.................
Yaşayır: Bakı
Əsərlərin sayı: 106
Resenziyalar: 605
Status: Şair
Necmeddin, fikirlərə doğru açıqlama gətirib, oxucu diqqətini eyni hədəfə tuşladığın üçün minnətdaram! Aygun Rehimli, Bəli, o vaxt bu bəndlə başlamışdım, sonra bir də oxuyub görmüşdüm ki, bu bənd özündən öncə daha bir bənd tələb edir (mövzu başlanğıcı olaraq), ona görə də ilk bəndi əlavə etmişdim, rəyinizə görə təşəkkür edirəm!
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
"Sən getdin, elə bil dünya boşaldı, Yaz da köçüb-getdi, yeri boş qaldı. Bahar ürəyimi sənsiz qış aldı, Mən yaza vurğunam, qışı neylərəm?" (B.Vahabzadə) Eivir, bu dəfə məni heyrətləndirə bilmədin, məna ardıcıllığı pozulub. Fikirlər arasında ziddiyyətlər görünür. Təkrar ifadələrə yer verilib. "Səninlə nə qədər dağları aşdım"(??) "Bir dəfə yox oldun, duruxub çaşdım"(??) Mən səni ƏLÇATMAZ DAĞ ETDİM güman, Sən elə ƏLÇATMAZ OLDUN hər zaman(??) "Çən, duman" sözünü neçə dəfə işlətmək olar? Son misra: "BARIŞDIM BƏXTİMLƏ MƏN... QAYITMADIN"(??) 1) Bəxtinlə barışıbsan da, daha o, niyə qayıtsın? 2) Qayıtsın-qayıtmasın-- qərar verən Odur, O , bəxti ilə barışıb ki, qayıtmayıb da. Onda misra belə olsa, daha təsirli və poetik olar: BARIŞDIN BƏXTİNLƏ SƏN...QAYITMADIN!
Yaşayır: Bakı
Əsərlərin sayı: 106
Resenziyalar: 605
Status: Şair
Bayrami bəy, öncə təşəkkürümü bildirirəm ki tərifi də, tənqidi də səmimiyyətinizlə bərabər çatdıranlardansız, "çən, duman"ı hər bənddə fərqli formada izhar etməyə çalışmışam, bircə ikinci bənddə öz həqiqi mənasında işlənib, həm də mən bu şeirdə bəndlərarası mövzu əlaqəsini kəsməyə, daha doğrusu hər bənddə yeni fikir yaratmağa çalışmışdım, görünür bir neçə il öncə bu üsula "əl atmağım" hələ tez imiş, qeyd etdiyiniz digər iradlarınızda da haqlısınız, nəzərə alaram, çox sağ olun!
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!