Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Düşdün » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib
və 5491 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   49
Ruslan Novres   49
Vusal Huseyn   31

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 83 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 50 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 50 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 40 | Resenziyalar: 2
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ulvi Rovsen
Mövzu: KİM?!
Yazan: Ulvi Rovsen
Mövzu: 23. 04. 2004
Yazan: Ulvi Rovsen
Mövzu: 08. 10. 2006
Yazan: Ulvi Rovsen
Mövzu: Ay-dəniz...

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Düşdün

Müəllif: Shemsi | 7 Fevral 2012 | Oxunub: 142| Yadda saxlamaq:
Baxdın, baxışların yandırdı, yaxdı.
Mən yanan ocağa, sən dilə düşdün.
Dərya tək, dəniz tək yanımdan axdın,
Di gəl, qismətimə bir gilə düşdün.

Gəl bu qarğaşanı yaz günahıma,
Günbəgün çoxalan az günahıma.
Yamanca batırsan qız, günahıma,
Durduğun yerdəcə zibilə düşdün.

Get dayan uzaqda, əl elə sən, sən,
Gözünün yaşını sel elə sən, sən.
Bilim ki, bir gül var, gül elə sənsən,
Tanrı pay böləndə bülbülə düşdün.

Çox da məhəl qoyma qınaqlarıma,
Olmüşəm, qulluq et qonaqlarıma.
Dönüb göz yaşına, yanaqlarıma,
Şəmsinin gözündən bax belə düşdün.


   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
      « Əvvəlki əsər: Yaxşı ki... 
      » Növbəti əsər: GEDİRƏM 
Əsəri oxuyanlar (54)
  Oxşar misralar:
  • SƏN GECİKMISƏN-----"GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR
  • Sən gecikmisən.
  • Birdən-birə...
  • MƏHƏBBƏTİM MƏNİM, KƏDƏRİM MƏNİM
  • Könül, niyə düşdün belə.
  •   Resenziyalar (11)  
    Yazdı: sefer: 7 Fevral 2012 10:56
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 168
    Resenziyalar: 1072
    Status: Şair
     
    Salam Şəmsi bəy.

    qarğaşanı
    Bəlkə
    qargışını?çünki qargaş sözü mənə tanış deyil.

    yeni şeirləriniz də gözəldi,hərçənd qəm kədər bürüyüb,yəqin portalda virus var,hamı yoluxur.

    uğurlar sizə.
    Yazdı: Aygun Rehimli: 7 Fevral 2012 15:42
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    Çox da məhəl qoyma qınaqlarıma,
    Olmüşəm, qulluq et qonaqlarıma.
    Dönüb göz yaşına, yanaqlarıma,
    Şəmsinin gözündən bax belə düşdün..!!!!

    gözəldir, amma təki yaş kimi düşsün, gözündən düşməsin, amandı.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Axundi: 7 Fevral 2012 16:19
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 106
    Resenziyalar: 605
    Status: Şair
     
    Xüsusilə hər bəndin son iki misrası əntiqə alınıb, var olasan!
    Yazdı: Necmeddin: 7 Fevral 2012 16:45
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Salam.Xırda iradlarım var

    dəniz tək yanımdan axdın, dəniz axmır dənizə çaylar axıb tükülür dəniz ləpələnir.
    zibil şeir sözü deyil.poetikliyi itirir.

    Səfər bəy --Qarğaşa --dialekt sözdür yəni yük,dərd,azar və s


    Olmüşəm, qulluq et qonaqlarıma artıq hökm verirsən ki ölmüşəm.Mütləq gələcək sətir bununla bağlı olmalıdır. Amma bir sətir sonra sağalır qəhrəman!!!

    \Dönüb göz yaşına, yanaqlarıma,


    P.S, YAlan saxta tərifdənsə olanı yazmaq məncə ən doğrusudur.İnanıram ki inciməyəcəksən...

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Axundi: 7 Fevral 2012 16:58
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 106
    Resenziyalar: 605
    Status: Şair
     
    Yəqin ki Şəmsi bəy təcrübəsinə əsasən bu iradlardan inciməyəcək, tamamilə doğru qeyd etmisən Nəcməddin bəy, hər bəndin son iki misrası tamam başqa mövzudur, mənim diqqətimi çəkən də elə bu məqam oldu
    Yazdı: rena61: 7 Fevral 2012 17:46
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Nəcməddin bəy! Şeirə sətir-sətir, söz söz yox, məna yükü nöqteyi-nəzərindən baxmaq lazımdır. Dərya, dəniz kimi axmaq mənasında axın kimi işlənməyib. Sadəcə şair burada gözəl bir təşbeh yaradıb. Səfərə düzgün cavab vermisiniz!
    Zibil burada sən deyən zibil mənasındda yox, xata mənasında işlənib və yerindədir. İmkanın varsa bir də oxu.
    Ölmüşəm, qulluq et qonaqlarıma ifadəsində ölümü niyə mütləq mənada qəbul edirsiniz? Ona qalsa Aygün çoxdan ölüb.
    Yazdı: bayrami: 7 Fevral 2012 19:36
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Fərqli rəyləri oxuyub mən də bu şeirin fərqinə vardım. Gördüm burada bir aləm varmış! Axundi düz buyurur, bizdən yaşca kiçik olsa da, ağılda başdır: El bayatılarında 1-2-ci misralarda hazırlıq aparılır, sonrakı 2 sətirdə güçlü, orijinal fikir söylənir. Şəmsinin bu şeiri də elədir. Hər bəndin son 2 misrasında güclü, poetik bir fikir ortaya qoyulur. Mübahisəli ilk bəndin son misralarına diqqət edək:
    Dəryastək, dəniztək yanımdan axdın,
    Di gəl qismətimə bir gilə düşdün. Burada həm güclü istiarə(metafora) həm bə güclü təzad( antiteza) var. Dəryalara, dənizlərə dönüb ətrafımdan tökülüb-getdin( axdın), amma mənə bu ümmandan bir gilə (göz yaşı) qismət oldu! və s. Arif oxucu o biri bəndlərin son misralarında beləcə nə matahların gizləndiyini özü asanlıqla müşahidə edə bilər.
    P.S. Şair Nəcməddinin sözünə qüvvət, "zibilə düşdün" ifadəsini "əngələ düşdün" daha yumşaq, amma daha sərrast ifadə ilə əvəz etmək olar.
    Yazdı: Shemsi: 7 Fevral 2012 20:30
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 85
    Resenziyalar: 537
    Status: Şair - moderator
     
    Niyə inciməliyəm ki... Mən tənqidi sevirəm. Məni kim, özü də nə qədər çox tənqid etsə xoşdur. İndiki gənclər tənqiddən qaçır. Vaxtilə biz kifayət qədər "döyülmüşük", bir no Məşədi İbad demişkən, öyrəncəliyik. Tıəşəkkür edirəm Nəcməddin bəyə də Axundiyə də.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: rena61: 7 Fevral 2012 21:05
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 0
    Resenziyalar: 26
    Status: Yeni şair
     
    Təəssüf edirəm ki, Nəcməddin bəy bu şeirdəki mənanı tuta bilməyib!!!!!!!!!!

    "Zibil" burada müstəqim mənada işlənməyib. Dərya, dəniz də eləcə.
    Yazdı: Necmeddin: 10 Fevral 2012 17:42
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    rENA 61 SƏN HƏLƏ O SƏVİYYƏDƏ DEYİLSƏN Kİ MƏNƏ YOL GÖSTƏRƏSƏN.
    ÜMİMİYYƏTLƏ PORTALDA SAKİT OL VƏ ÖZ İŞLƏRİNƏ QARIŞ.

    İRAD KİMƏDİRSƏ QOY ÖZÜ CAVAB VERSİN!!!! VƏKİLİSƏN NƏYİSƏN.

    P.S.SON XƏBƏRDARLIĞIMDIR SƏNƏ .NÖVBƏTİSİ BANDIR

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
    Vusal-Hashimi
    sabinah
    hotsexceter
    mergrivfdm
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az