Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Dedi,məni gözləmə... » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib
və 5491 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   49
Ruslan Novres   49
Vusal Huseyn   31

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 94 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 83 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 88 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 72 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 50 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 50 | Resenziyalar: 6
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 48 | Resenziyalar: 7
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 47 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 40 | Resenziyalar: 2
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 37 | Resenziyalar: 4
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ulvi Rovsen
Mövzu: KİM?!
Yazan: Ulvi Rovsen
Mövzu: 23. 04. 2004
Yazan: Ulvi Rovsen
Mövzu: 08. 10. 2006
Yazan: Ulvi Rovsen
Mövzu: Ay-dəniz...

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Dedi,məni gözləmə...

Müəllif: Rauf | 1 Fevral 2012 | Oxunub: 184| Yadda saxlamaq:
Dedi,məni gözləmə,bu gün gəlməyəcəm mən,
Ümidvaram,fikrimi başından atacaqsan.
Daha həmişəki tək gəlməyəcək yanına,
Xəyalım çox yorulub,yenə tək yatacaqsan.

Dedi,məni gözləmə,heyfin gəlsin özünə,
Sənin nə yaşın var ki,kədər qonub üzünə,
Bilirəm ki,gecələr yuxu getmir gözünə,
Nə vaxtadək yuxuna sən haram qatacaqsan?
Unutma,həmişəlik mənsiz,tək yatacaqsan.

Dedi,məni gözləmə,bunu demək çox çətin,
Mənası yox çəkdiyin bu əzab-əziyyətin,
Sonu yoxdur,başa düş,bizim münasibətin,
Düşünmə ki,haçansa arzuna çatacaqsan,
Oyan artıq,qəflətdə hələ çox yatacaqsan?

Dedi,məni gözləmə... Dedim,bəsdir,danışma,
Gəl məni öz yolumdan, döndərməyə çalışma,
Səni vicdan əzabı sıxır,yanma,alışma,
Fikirləş,nə vaxtacan günaha batacaqsan?
Mən burda dərd içində,sən rahat yatacaqsan?!

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Yalvarana yalvar dedi 
      » Növbəti əsər: Darıxıram sənsiz, ata! 
Əsəri oxuyanlar (61)
  Oxşar misralar:
  • DEDİM - DEDİ
  • Gözləmə
  • "İNTİQAM"LA SÖHBƏT
  • Yalvarana yalvar dedi
  • QOCA ŞAİR, YAN TÖKÜL...
  •   Resenziyalar (11)  
    Yazdı: ilashka: 2 Fevral 2012 00:17
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Daha həmişəki tək gəlməyəcək yanına,
    Xəyalım çox yorulub,yenə tək yatacaqsan.

    Bu misrada "tek" sozlerini cox gozel isletmisiz. Amma birinci bend 4 misra, o biriler ise 5 misradir. Ugurlar.
    Yazdı: Saxavat: 2 Fevral 2012 00:21
     
    Yaşayır: --
    Əsərlərin sayı: 287
    Resenziyalar: 953
    Status: Şair
     

    SONUNCU BƏNDİNƏ GÖRƏ SƏNİ BAĞRİMA BASİB ÖPÜRƏM ŞAİR QARDAŞIM!!! EŞQ OLSUN SƏNƏ!!! ƏHSƏNLƏR!!!
    ------------------------------------
    Birinci bəndə az-aciq əl gəzdirsən Vallah Əladan da Əla olacaq. Ümidvaram bunu edəcəksən. SAĞ OL QARDAŞIM, ÖPDÜM!!!
    Yazdı: hasimova: 2 Fevral 2012 00:51
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 132
    Resenziyalar: 525
    Status: Şair
     
    çox gözəl şerdir qələminizə bərəkət həmişə gözəl şerlər yazmaq arzusuyla

    --------------------
    yazan eller var olsun
    Yazdı: bayrami: 3 Fevral 2012 14:20
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Məna-məzmun öz yerində, amma forması-janrı da çox maraqlıdır bu şeirin. "Bir qış gecəsində..." şeirindən bu, mənə çox tanışdır. Novatorlğa meyil hər şairi cəlb etməlidir. Mən hər dəfə Raufun şeirlərindən mənəvi zövq alıram.
    Yazdı: Aygun Rehimli: 3 Fevral 2012 15:10
     
    Yaşayır: KÜLƏKLƏR ŞƏHƏRİ
    Əsərlərin sayı: 280
    Resenziyalar: 899
    Status: Şair
     
    Xəyalım çox yorulub,yenə tək yatacaqsan.!!!


    gözəl fikirdir. əllərinizə və ürəyinizə sağlıq.

    --------------------
    Qəm divar deyil, uçuram,
    Yanmışam, oddan qaçiram.
    Nahaqq görsəm dil açıram,
    Vallah mən şair deyiləm.................
    Yazdı: Rauf: 3 Fevral 2012 15:41
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Dəyərli fikirlərinizçün hər birinizə təşəkkürümü bildirirəm.
    Birinci bəndin 4,qalanlarının isə 5 olmağı,əslində 1ci bəndin son misrasının qalan beytlərin sonunda təkrar olunamğıdı,buna çox şeirlərdə rast gəlinir,sadəcə mən o son misranı qafiyə eyni olmaqla hər bəndin axırında bir az dəyişdirilmiş formada işlətmişəm,ona görə bir az qeyri-adi gəlib yəqin)

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Necmeddin: 3 Fevral 2012 16:11
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Rauf hemiseki kimi mohur vura bilmisen.


    Uqurlar sene

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Rauf: 3 Fevral 2012 16:23
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Necmeddin,
    Çox sağ ol,heca vəznindədi,bölgü səhvi var hardasa? 7+7 götürmüşəm.

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Necmeddin: 3 Fevral 2012 16:30
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Sətirlərdə mənalrın dərində,
    Nöqsan filan görməmişəm birində,
    Məna əla bölgülərin yerində,
    xiridara ləzzət elyən adamsan

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Axundi: 3 Fevral 2012 16:38
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 106
    Resenziyalar: 605
    Status: Şair
     
    Bəli Rauf qardaş, bu forma çox işlənib, mənim də eynilə bu formada "Bir qış gecəsində..." adlı şeirim var, elə o şeirdə də ilk bəndin son misrasını digər bəndlərə əlavə etmişəm, bu, əsasən oxuda təsir gücünü artırmaq üçün gözəl vasitədir, heç bir qeyri-adilik yoxdur, əla alınıb, hər şey qaydasındadır, var ol!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 287
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
    filosof ali
    Vusal-Hashimi
    sabinah
    hotsexceter
    mergrivfdm
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az