Saytda artıq 2332 müəllif qeydiyyatdan keçib və 4601 əsər dərc olunub.
Dərc olunan əsərlərə 17777 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: ilashka | 28 Dekabr 2011 | Oxunub: 474| Yadda saxlamaq:
Həyatında yerim yox, ürəyində olsa da, Gözlərində gözlərim sənə xatirəm olsun. Bəllidir ki, dərdin çox, ürəyində qalsa da, Ürəyində közlərim sənə xatirəm olsun.
Susub baxdım mən sənə, amma yenə doymadım, Sevgi dolu qəlbini mən heç zaman oymadım, Günəş doğan yoluna kölgə düşsün qoymadım, Yolundakı izlərim sənə xatirəm olsun.
Son sözümü demədim: Xoşbəxt ol bu dünyada, Ətrafında dostun çox, vermə sirri sən yada, Arzuların çin olsun, getməsin heç vaxt bada, Bütün ürək sözlərim sənə xatirəm olsun...
Yaşayır: --
Əsərlərin sayı: 182
Resenziyalar: 701
Status: Şair
Mənim çox xoşum ğəldi bu əsərindən də, hətta bir az da gövrəltdın mənı, çünki gövrək yazibsan, şerivin bəndlərinin bütün son misralarıyla adamın ürəyini ağladırsan, şeir belə olur. Çox sağ ol! Sənə nə demək olar, əsil şairsən də. AFƏRIN! -----------------------------------------
ŞEİR ALLAH TƏBİDİR, VERMƏZ ONU HƏR YETƏNƏ, "MƏSCİDİN QAPISI AÇIQ OLSA DA, BUNDAN İTƏ NƏ?"...
Yaşayır: --
Əsərlərin sayı: 154
Resenziyalar: 1496
Status: Şair
Allah sənə yar olsun, şair. Forma və məzmun yeniliklərinlə valeh elədin bu şerinlə məni! Forma yeniliyi odur ki, adətən bu cür qafiyələnmə qoşma janrına xasdır. Amma qoşma 11 hecada olur, bu isə 14 hecadır. Bu yenilikdir. Məzmun gözəlliyi odur ki, adətən bir-birinə qismət olmayan aşiq-məşuqlar bir- digərindən gileylənir, rəqibi yamanlayır, onları ayıranlardan , dövrandan şikayətlənirlər. Sənin bu şerinin Lirik Məni isə xeyirxah, ürəyiaçıq, səmimi insandır. Məşuquna səadət arzulayır...
Yaşayır: Baki
Əsərlərin sayı: 28
Resenziyalar: 504
Status: Şair
Cox sag ol, Sexavet. Seiri butun ruhunla yazanda o daha tebii ve tesirli olur. Son misralarini ise xususile secmisem. Her defe seirim oxuyub, munasibet bildirdiyin ucun tesekkurler!
Sefer, cox sag ol, sene de ugurlar!
Bayrami, gozel sozleriniz ucun tesekkur edirem. Yenilik etmek istedim, eger bu alinibsa, cox sadam. Esl seven ozunden cox mesuqunu dusuner, mesuquna seadet arzulayar, onun yaxsi olmasini, xosbext olmasini isteyer.
Her birinize bir daha minnetdarligimi bildirirem. Deyerli reyleriniz mene stimul verdi.
Yaşayır: Bakı
Əsərlərin sayı: 85
Resenziyalar: 419
Status: Şair
Son bənddə qafiyələnməyə fikir ver, "Xoşbəxt ol bu həyatda"="Xoşbəxt ol bu dünyada", ikinci sətir ahəngi düzəlt, 3-cü sətirdə "Xəyalların"="Arzuların" olsa daha yaxşı olar, məsləhət vermək olmasın, amma belə gözəl əsərin daha da mükəmməl formaya salınmasını hamı istəyər təbii ki, çoxlarının ürəyindən xəbər verilir burda, dərin DÜŞÜNDÜRÜCÜDÜR!
Yaşayır: Baki
Əsərlərin sayı: 28
Resenziyalar: 504
Status: Şair
Ay da... Nece olub ozum de bilmirem. Men defterimde bu dunyada yazmisdim. Evvel heyatda yazacaqdim, qafiyeleri duz olsun deye sonradan mehz buna gore deyisdim. Fikirli oldugumdan sehv kocurmusem bura. Arzulari da xeyallarla evez etdim ki, bir misrada 2 defe arzu sozu islenmesin. Ona da diqqet edecem. Cox sag ol, fikir bildirdiyin ucun.