Nəcməddin qardaş, salam. Xoş sözlərinə görə çox sağ ol. Şeriyyat aləmi qeyri-maddi aləmdən qaynaqlandığı üçün (ilham) əksər hallarda şair məkan və zaman kateqoriyalarından qeyri-ixtiyari uzaqlaşır (daha doğrusu şair mövcud ruhani vəziyyətində bunlara sığmır). Məsələn, böyük Azərbaycan şairi Nəsiminin---
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Vəya ustad Şəhriyarın --
Yatmış hamı bir ALLAH oyaqdır, dəxi bir mən, Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Mənim bildirdiklərim sözsüz ki, poeziya ilə yaxından məşğul olan qələm ydostlarımıza yaxşı məlumdur. Digər bir məsələ ilhamın qaynaqlandığı mənbədir. Mötəbər hədislərə görə, ilhamın iki mənbəyi vardır: 1. İlahidən gələn lütv. 2. Şeytani vəsvəsə vəya təlqin.
Əziz qardaşım, sənin P.S qismində hər dəfə qeyd etdiyin -
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
bu baxımdan deyilənlərə ən gözəl sübutdur.
Uca ALLAH səni və səni sevənləri hifz etsin ! Sağ ol.
--------------------
Həsrət məhəbbəti çəkəndə dara, Dünya sevincindən geyəndə qara, ALLAHIN əmriylə hər gün Eldara, Fələklər ah çəkər, mələklər ağlar !
|