Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5491 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Axundi | 22 Sentyabr 2011 | Oxunub: 261| Yadda saxlamaq:
Mən bu qızın gözlərinə ...baxıb-baxıb yorulmadım, Hər nə qədər gözəldisə ...gözəlliyə vurulmadım...
Diqqətlə bax... ...bir sual var baxışların arasında, Dalıb-dalıb, qərq oluram ...gözlərinin qarasında...
O sualı tapmaq üçün ...ömür atımı gecə-gündüz ...haralara çapmamışam?! Amma yenə tapmamışam!
Bu sualdır bəlkə məni o gözlərə bağlayan, Bu sualın təsirindən ...bəlkə coşur qəlbim mənim ...hansı ki-çaylar kimi çağlayan...
Nə zamandır cavabını axtardığım -hər qırpımda oğru kimi izlənən, O sualdır bəlkə mənim eşqimi ...aşkar edib ...amma özü o gözlərdə gizlənən...
Yəqin, mənə həyat verən ...nəfəs verən, Bir ürəkdə, bir ömürlük, bir nəfərlik qəfəs verən... Bu kiçicik qəfəsdən də “O”nun könül sarayına bir yol açan, O sualdır-özü məndən daim qaçan...
Ya Rəbb səndən bir istəyim ...bir arzum var! İzn vermə o sualı edim aşkar... O gözlərə baxmaq üçün gecə-gündüz ...yuxularım Ərşə qalxsın ...yatmayım kaş! O cavabın arzusuyla yaşayıram ...bu arzuya ölənədək çatmayım kaş!
Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
Əsərlərin sayı: 43
Resenziyalar: 882
Status: Azad yazar
Nəcməddin bəyin sözünə qüvvət...bir neçə yazılarınızı oxudum nəsə başqa bir şey tapa bildim...O qədər təkrar mövzular görürdüm burda ki,söz deyəndədə inciyirdilər...sizin yazılarda istəyimin bir az qismini tapa bilirəm...Yəni çalışırsız ki,sözü yeni icad edəsiz...uğur olsun...
--------------------
Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
Yaşayır: Bakı
Əsərlərin sayı: 106
Resenziyalar: 605
Status: Şair
Təşəkkür edirəm, minnətdaram, rəyləriniz önəmlidir, çünki həqiqətən də bəsit formada deyil, həmişə yazanda yeniliyə can atıram və bunun nə dərəcədə uğurlu alınmasını bilmək üçün münasibətinizə ehtiyacım var, sağolun ki əminlik hissimi artırırsınız