Saytda artıq 2828 müəllif qeydiyyatdan keçib və 5491 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20876 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: ELDAR | 8 Avqust 2011 | Oxunub: 209| Yadda saxlamaq:
Dönübdür günlərim illərə sənsiz, Düşmüşəm dillərdən-dillərə sənsiz, Necə nəğmə qoşum güllərə sənsiz, Qoy sevgi ovutsun ürəyimizi, Tale ayırmasın heç zaman bizi.
Çəkdiyim acılar zülümdən betər, Rəhmsiz varmıdır gülümdən betər, Həsrətin mənimçün ölümdən betər, Qoy sevgi ovutsun ürəyimizi, Tale ayırmasın heç zaman bizi.
Gül ki, çiçək açsın bağçalar, bağlar, Bil ki, hər an səni qəlbim soraqlar, Gəl ki, sona yetsin, çətin sınaqlar, Qoy sevgi ovutsun ürəyimizi, Tale ayırmasın heç zaman bizi.
Qəlbimə hakimdir o ala gözlər, O incə gülüşlər, o şirin sözlər, Gözlərim hər zaman yolunu gözlər, Qoy sevgi ovutsun ürəyimizi, Tale ayırmasın heç zaman bizi.
Yaşayır: --
Əsərlərin sayı: 61
Resenziyalar: 2480
Status: İlin şairi - 2011
Qardaş salam.Yenə kövrək və həzin bir şeirlə oxucunun qarşısındasan.
Şeirin quruluş baxımdan bütün tələblərə cavab verir.Özünə məxsus deyimlər,söz oynatmaq gözlər) və sətir altı mənalar mənə zövq verdi.
Allah rəhmət eləsin Bəxtiyar VAhabzadə deyərdi ki,şeir nəyisə sübut etmək üçün deyil sadəcə olaraq yaşanan duyğunu,qəlbə sığmayan həyacanı özü-özünə pıçıldamaq üçündür.
P.S.Allah təbini həmişə belə bol etsin
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yaşayır: Bakı
Əsərlərin sayı: 132
Resenziyalar: 525
Status: Şair
Açılan səhərlər ümidli olsun, Qoy bütün qəlblərə məhəbbət dolsun "Səni sevirəm" sözü qoy bizi yorsun Qoy sevgi ovutsun ürəyimizi, Tale ayırmasın heç zaman bizi. Şeriniz gözəldi həmişəki kimi qoy 1 bənd də məndən ərməğan olsun
Yaşayır: Bakı şəhəri
Əsərlərin sayı: 117
Resenziyalar: 435
Status: Şair
Qardaş diqqətinə görə çox sağ ol. Xoş sözlərinə görə, minnətdaram. Şair gözəl deyib: Gəncləşirəm yaza-yaza. hasimova Sizə də rəyinizə və şeirinizə görə təşəkkürlər. Minnətdaram.
--------------------
Həsrət məhəbbəti çəkəndə dara, Dünya sevincindən geyəndə qara, ALLAHIN əmriylə hər gün Eldara, Fələklər ah çəkər, mələklər ağlar !
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!