Şeir sənətkarlıqla yazılıb, yəni texniki və bədii cəhətdən qüsursuzdur. Gözəl yazılan bir söz oyunu, mənalı, duyğulu bir şeirdir. Xüsusən son bənd oxucunu valeh edir. Poetik deyimlərə diqqət edin: Bülbülün köynəyi(!) Bülbülün köynəyi kola düşüb(Yəni qızılgül koluna elə sığınıb ki, varlığı seçilmir(!), Könlünün göynəyi(!) Könlünün göynəyi sola düşüb( Yəni ürəyinə!) Gözündə eynəyi yola düşüb( Keçmiş xatirələr elə dalıb ki, gözləri yaşla dolub yol seçmir bu qoca AŞİQ- SONUNCU QATARIN(ölümün) bu son sərnişini! ( Bir vaxtlar o bülbül özü idi, o qızılgül kolu da sevgilisi!) Kolleqalar, həqiqi şeir belə olar, belə yazaq. Onda Füzuli ruhu şad olar! |