Cavan vaxtlarımızdan işimizlə əlaqədar ailə münaqişələri ilə çox məşğul oluruq. Yaşı 60-i haqlayan ər-arvadların dava-şavası bitib-tükənmir. Övladları həmişə naqolay hallarla üzləşir, seçim qarşısında qalırlar. Bu yaşlıları dinləyəndə, baxırsan, hər birisi haqlıdır, amma bir ortaq məxrəcə gələ bilmirlər. Onların bir-birinə qarşı töhmətləri, iradları, hətta qarğış, nifrət dolu hədələri, narazılıqları özü bir məhəbbətdir. Bir düşünün, 40, 50, bəzən 60 il bir yerdə məhəbbətlə ömür sürənlərə birdən-birə nə olur? Niyə bir-birinin nazını çəkə bilmirlər? Fikir, zövq, istək, tələb cavanlıqda olduğu kimi durur, amma fiziki , cismani güc yoxdur! Bax, təzad burasındadır. Mənim bir silsilə şeirlərim, bax, bu mövzudadır. Ədəbiyyatımızda işlənməmiş mövzudur. "Ayıbdır, mintalitetimizə yaddər"fəlsəfəsi qarşımızı kəsib. Eyni mövzular bizi bezdirmədimi?..
|