Saytda artıq 2227 müəllif qeydiyyatdan keçib və 4404 əsər dərc olunub.
Dərc olunan əsərlərə 16491 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Yaşayır: Y Yasamal
Əsərlərin sayı: 60
Resenziyalar: 76
Status: Şair
Ay da ilk bendinden insan seiri oxumaqdan diksinir. Niye yaza bilmiyen seir yazir axi ne mecburdu. Hec olmasa muxtelif vasitelerle cemiyyete yayimlasa bele seirler daha yaxsi olar. Sen yazdigin sadece sozdu. Şeir bele olmur. Sen yazmasan daha yaxsi olar. Vallah (Administrator tərəfindən ləğv olundu) bizi ve umumi istedadli şairleri biyabr eleme.
Yaşayır: Bakı,
Əsərlərin sayı: 155
Resenziyalar: 568
Status: Şair
Bir qədər 1-ci bəndin mənasinda sakatlıq var, yəni adətən gözəllər küsür bizim klassik şeirlərmizdə amma burda tam tərsinə. Amma düzü həyatda belə şeylər olur. Ümumiyyətlə yaxşı şeirdir və bu tənqid o qədər də haqlı deyil razı deyiləm!
--------------------
Ya Rəbb, mənə öz lütfünü cənnətdə əta et, Cənnətdə sənin, cənnətə dəvət də sənindir!
Yaşayır: bakı
Əsərlərin sayı: 70
Resenziyalar: 1178
Status: Şair
Bayrami bəy,bu qoşmanızı bəyəndim,xırda nöqsanlar var amma.Birinci bənd kamildi. İkincidəki R-lar(peşədir,şişədir və s.)həmin sözlərə ağırlıq gətirir.Məncə,onları atmaq da olardı.İndiki dövrdə bu R-lar tək-tük hallarda işlənir.Mən də işlətmirəm.ÇAĞI sözü SAĞI kimi yazılıb.İNSAFI KAMAN BİL,ÇALMAĞI BACAR-!!!!!!!!!!!!!!!!Varam bu tapın-tıya.Romanın fikriylə razılaşmıram.Görünür,o,aşıq yaradıcılığına yaxşı bələd deyil.
Yaşayır: --
Əsərlərin sayı: 152
Resenziyalar: 1474
Status: Şair
SITAT: "İkincidəki R-lər ( peşədir, şişədir və s.) həmin şözlərə ağırlıq gətirir. Məncə. onları atmaq da olardı. İndiki dövrdə bu R-lər tək-tük hallarda işlənir..." 1) Azərbaycan dilində sözlərin sonunda gələn R-lər öz tutumunda tələffüz edilmir, çox vaxt sadəcə şışıltı//sısıltı eşidilir, amma yazılmalıdır, çünki orfoqrafiya başqa. orfoepiya başqa. Hərəsinin öz qayda qanunları var. 2) Konkret olaraq -dir(4) III şəxsin (tək) sonluğu orfoepik qaydaya əsasən -dı(4) şəklində deyilməlidir. Amma yazanda -R olmalıdır. Ona görə ki, onun adlara qoşularaq xəbərlik məzmunu əmələ gətirən "idi" köməkçi sözündən fərqləndirə bilək: a) hazırdı, peşədi, qurudu, ölüdü... ( idi yoxsa -dır? bilinmir.) b) hazırdır, peşədir, qurudur, ölüdür...( Tələffüzdə -R-sız desək də, yazılışdan məna konkret bilinir)