Bu baharda yolum düşdü dağlara, Dağlar məni sənsiz gördu-ağladı, Bilmədim ki,səmtim düşübdür hara, Al lalələr məlul dürdu- ağladı.
Necə sənsiz günlərimin sayı yox, Gecələrbimin ulduzu var,ayı yox, Omrüm qışdır,istisi yox,yayı yox, Küləklər də səni sordu- ağladı.
Mən məlulam qəbrin üstə dilsizəm, Əllərim var,amma elə bil əlsizəm, İcim sənlı,cölüm isə sənsizəm, Lal baxışın canımı yordu- ağladı.
Ömür dostum,niyə getdin ömrümdən, Xatırələr getmir axı könlümdən, Həzər olsun, vaxtsız gələn ölümdən, Ölüm özü matəm qurdu-, ağladı.
Çap etmək
|