Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Sevgi dili » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Sevgi dili

Müəllif: sekineilyasqizi | 12 Avqust 2010 | Oxunub: 636| Yadda saxlamaq:
Həsrətləri çox çəkmişəm...-bilirsən,
Dünya yolayrıcı-sağı,solu var.
Alışar,dözərəm sənsizliyə də-
Köçüb yaşamağa səbir eli var...

Görən-qamətimdən məni şux sayır,-
Bənövşə taleyim boynunu əyir.
Könlümü almağa gül verəmməzsən...-
İndi əllərində özgə əli var.

Səni qınamaram nələr eləsən,
Ayrılıq küçəsin gündə sulasan.
Göydən yağışlar da eyni cür yağmır-
Çisəyi,leysanı,qar,dolusu var.

Könlün istəyənə söylədin bəli,
Ağlın istəyənə göstərdin yolu;
Burax o tutduğun zavallı əli!..-
Anlamayacağın sevgi dili var...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
      « Əvvəlki əsər: Niyə məni əzizləmir bu dünya? 
      » Növbəti əsər: Когда. 
Əsəri oxuyanlar (135)
  Oxşar misralar:
  • Sən yoluna, mən yoluma.
  • Ürəyimin nə dili var nə ağzı
  • MƏN, SƏN VƏ SEVGİMİZ
  • Dərdim ağırdı
  • Dərdim ağırdı
  •   Resenziyalar (12)  
    Yazdı: bayrami: 13 Avqust 2010 16:13
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    1) Ədəbiyyatda. musiqidə... dəbdə olan. lakin xoşlamadığım bir mövzuda yazılıb bu şeir: Ayrılıb gedəni qaytarmaq, gedənin dalınca ağlamaq- sızlamaq, yenidən qovuşmaq həsrətilə qovrulmaq, qovrulmaq...
    2) AYRILIQ KÜÇƏSİN GÜNDƏ SULAMAQ - misra yerinə düşməyib.
    3) Formaca modern qoşmadır: əsas qafiyə, rədif var. Amma bəndlərdəki sətirlər özlüyündə qafiyələnmir. Digər qaydalar yerindədir.
    Yazdı: sekineilyasqizi: 13 Avqust 2010 17:51
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Minnətdaram.Bütün yazarlar yazdıqlarında əsasən özlərini ifadə edirlər.Hərənin ayrı
    cür taleyi var,yaşadıqları var.Mən daha çox sərbəst üslubda yazıram.Həm də nasirəm.
    Hekayələrim dərc olunub dəfələrlə.Səmimiliyi ilkin şərt sayıram.Tənqidi sevirəm-insanı
    inkişaf etdirir.
    Yazdı: bayrami: 14 Avqust 2010 00:45
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    "SƏRBƏST ÜSLUBDA YAZIRSıNıZ"...(?) Bədii üslub. elmi üslub, publisistik üslub... realist üslub, romantik üslub, satirik üslub, lirik üslub... Nəsə üslub çox geniş mənada işlənir. Amma bu SƏRBƏST ÜSLUB(?)... Xahiş edirəm, bir anladın, bu nə üslubdur belə?
    Yazdı: sekineilyasqizi: 14 Avqust 2010 06:31
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Bağışlayın,səhv etmişəm,sərbəst janrda demək istəmişəm.
    Yazdı: QezelXan: 18 Avqust 2010 15:17
     
    Yaşayır: Almanya
    Əsərlərin sayı: 108
    Resenziyalar: 1035
    Status: Şair
     
    Çicəyi,leysanı,qar,dolusu var
    misrasinda qafiye pozulub, qalani yaxshidi, xoshuma geldi

    --------------------
    Vahid, çalış ətrafını incitmə özündən
    Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
    Yazdı: sekineilyasqizi: 18 Avqust 2010 19:34
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Təşəkkür edirəm.Böyük şairimizin söz incilərindən olan bu parçanı yerində xatırlatmı-sız.Siz başda olmaqla qürbətdə yaşayan bütün soydaşlarımıza salamlar olsun.
    Yazdı: Roma Xosrov: 29 Avqust 2010 21:09
     
    Yaşayır: Y Yasamal
    Əsərlərin sayı: 60
    Resenziyalar: 76
    Status: Şair
     
    BU seirde ele dusunek ki sol ve el natamam qafiyedi. ilk misrada hesretleri deyil hesretini cox cekmisem... bilirsen olsa daha meqsedeuygundur. cunki hesret sayilmayan isimdir cem sekilcisi qebul ede bilmez. son misrada ise səbir yox səbr yazilmalidi heca uygun gelsin deye i-ni artiq yazmisiz. ikinci bendde eyir sayir hemqafiye deyil kok say ve əydi sekilci ile qafiye ola bilmez bu yanlisliqdi. 3-cu bend lap guluncdu sulasan hara elesen hara sozun koku su digerinde ise ele-dir. su ve ele qeti qafiyelenmir yene de sekilci ile qafiye yaratmisiz. son bendin 1 ve 3-cu misrasi uygundu ikinci misra ise qafiyesizdi sekilci ile yaranib.

    --------------------
    www.romaxosrov.com
    Yazdı: sekineilyasqizi: 2 Sentyabr 2010 22:08
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun,rəyinizə görə.İndisə mən sizin rəyinizi analiz edim.Bəzi sözlərinizi yaxşı anlamıram,səhv yazılıb.Sol və əl düzgün qafiyələnir.Əzizim,nə üçün həsrətləri sözü iş-
    lənmir,poeziyada işlənir.Burada bir adamın həsrətindən söz açılmır ki.Yaxşı,əzab sözü
    də həsrət kimi hissi,duyğunu ifadə edir.Niyə o,cəm şəkilçisi qəbul edir,bu yox?Səbir sö-
    züsə bəzən elə yazılır,bəzən belə.Nümunə:Tək səbir(M.Ə.Sabir),səbrin olsun."Əyir,sa-
    yır"-ikisi də feldi,niyə həmqafiyə olmasın?"Ələ,sula"-ikisi də feldi,kökündən asılı olmayaraq.Sonuncu bəndin ikinci misrası da qafiyələnir:bəli,yol,əl.Bir də bütün şerlər-
    də bəndlərin hər birindəki misranın birini digərləriylə qafiyələndirməmək olar.Qafiyəbaz-lıq yaxşı yazmaq deyil,məna da olmalıdı.
    Yazdı: sekineilyasqizi: 3 Sentyabr 2010 19:28
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun,İlham bəy,rəylərinizə görə.Düzü,bu şerin üzərində işləmədim,olduğu kimi verdim.Səhvlərim ola bilər.İradlarınızın hamısına cavab verməyəcəyəm,çünki var başqa
    yerdə.Qaldı səbir sözünə,asqırmaq elə asqırmaqdı,bir hərfini yazmasam da,səbir sözünün bircə mənası var.Quranda yazılıb ki,ALLAHIN BİR ADI DA SƏBİRDİ.Ona görə asqırana deyirlər,Allah deyir,səbr elə.Mən "səbr elə"yazmamışam ki,"səbir eli"yazmı-şam.Bizim dilimiz Türk dilidi,Türkiyə türkcəsindən də qaynaqlanır.Verəmməzsən kimi
    sözlər ən məşhur şairlərin şerlərində də işlənib.Verə bilməzsən yazsam,hecaların sayı
    çox olar.Yağış,yağıntı-eyni mənalı sözlərdi.İndi ədəbi dilimizdə çoxlu dəyişikliklər, təzə-lənmələr gedir.

    Yazdı: sekineilyasqizi: 5 Sentyabr 2010 08:58
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun,İlham bəy.Bilmirəm,siz ədəbiyyatçısınızmı,ola bilər,mən səhv etmişəm.Ümu-
    miyyətlə,ədəbiyyatımızda elə sözlər var ki,dilçilərimiz belə onun hansı versiyasının
    daha düzgün olduğunu hələ də araşdırırlar.Çalışaram,səhvlərimi düzəldəm.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az