Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Sevənlərə həsr edirəm » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Sevənlərə həsr edirəm

Müəllif: sekineilyasqizi | 28 İyun 2010 | Oxunub: 451| Yadda saxlamaq:
Sevməyəcəm
qəribsən sevgi elində
daha səni sevməyəcəm
sevgim qalacaq könlümdə
daha səni sevməyəcəm

yerinə yaşı sevəcəm
çınqılı daşı sevəcəm
çiçəksiz qışı sevəcəm
daha səni sevməyəcəm

duyğu nədi anlamayan
dəlini belə sevəcəm
ölümü belə sevəcəm
daha səni sevməyəcəm

ürəksiz sevgilər axtar
özgəni axtaran tapar
sevgimi ki sevəmmədin
daha səni sevməyəcəm

sənin bütün çoxdu yerdə
mənim göydədi Tanrım bir
sən bütpərəst mənsə şair
daha səni sevməyəcəm...


...
gedirəm arxamca atma su
onsuz da yolla getmirəm ki
qalan yoldu gedənsə yolçu
yolu sənə verib gedirəm

onu sınmağa verməmişdim
özünün əllərin sürüşdü
bir yumruğu saxlamayan
əli sənə verib gedirəm

dərdlərini "yagış"sovurar
sənə dəyirmançı deyiləm
ocaöımıza kəfənlik olar
külü sənə verib gedirəm...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Кто любит - тот безумный 
      » Növbəti əsər: По реке 
Əsəri oxuyanlar (91)
  Oxşar misralar:
  • Istar
  • Allah əfv etsin
  • Səni sənsizlikdə axtarıram mən.
  • GEDİRƏM...............
  • ETDİ NƏ AMADƏ SƏNİ? - {Bir şair dostuma}
  •   Resenziyalar (5)  
    Yazdı: bayrami: 1 İyul 2010 01:12
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    1) Bilirsən yadıma nə düşdü? Dəmiri qızdırıb sindana qoyurlar, çəkiclə vurub döyürlər. Çəkic dəmirdən yayınmasın deyə gah sindana, gah dəmirə vururlar...
    2)Dəli məgər "duyğu nədi anlamır?" Dəli super duyğulu- hissiyyatlı insandır.
    3)"Ürəksiz sevgilər" yox, ürəksiz sevgililər var.
    4)"Bütpərəst-- şair" dost da, düşmən də ola bilər.Bunun mətləbə nə dəxli var?
    5) Son 3 bənd tamam başqa mövzulu, ayrıca bir şeirdir.
    Yazdı: Roma Xosrov: 29 Avqust 2010 20:56
     
    Yaşayır: Y Yasamal
    Əsərlərin sayı: 60
    Resenziyalar: 76
    Status: Şair
     
    1-ci bendde elinde konlumde qafiyelenmir el hara konul hara. 3-cu bendin niye ilk misrasi digeri ile qafiyelenmir anlamiram. 4-cu bendde axtar ve tapar qafiyelenmir axtar hem sozun koku hem de baslangic formasidi taparda ise sozun koku tapmaq-di ar sekilcidi bu qafiye hesab olunmur edebiyyatda. 5-ci bendin ilk misrasinin yene de qafiyesi yoxdu.


    diger seirde ise ikinci bend sirf sozden ibaretdi ele bil nagildi qafiye yoxdu. son 3-cu bendi ise yene sekilci ile qurulub. SOVURAR SOZU SOVUR FELİNDEN GOTURULUB AR SEKİLCİDİ OLAR-DA İSE OL FELİN KOKU LAR İSE QRAMATİK SEKİLCİDİ yene de qafiye sifira beraberdi. İnsaallah daha gozel yazarsiz bundan sonra. UGURLAR!

    --------------------
    www.romaxosrov.com
    Yazdı: sekineilyasqizi: 5 Sentyabr 2010 09:19
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun,Bayrami bəy, şərhinizə görə.Bu,bu portalda dərc olunan ilk şerimdi.Tənqidi
    sevənəm.Mən duyğusunu anlamayan dəlini nəzərdə tuturam.Onlara rişxənd eləmi-rəm,allah eləməsin.Birini tanıyırdım,qarlı qış günündə də bayırda ayağıyalın qaşırdı ora-bura.Bu,duyğusunu itirmək deyilmi?Hərçənd ağıllilar da duyğusunu itirə bilirlər."Ürəksiz sevgilər"deyəndə yeri ürəkdə olmayan sevgiləri(dildəmi, ya hara-da) olanları nəzərdə tutmuşam.Bütpərəst sözünü burada müraciət etdiyim şəxsə aid etmişəm yalnız.Sonuncu iradınızı haqlı saya bilərəm .Sizə də uğurlar.

    Roma bəy,sağ olun, şərhinizə görə."Əl" və "könül" sözləri səslənməcə oxşardı,qafiyə sayılır.Misranın biri qafiyələnməyə bilər."Axtar","tapar"da səslənməcə oxşardı.Düz de-
    yirsən,başqa cür də yazmaq olardı.Digər şerimdə də nöqsanları bildirmisiz.Siz hələ, deyəsən,çox gəncsiniz,poeziyanın AĞ ŞER DEYİLƏN ŞER FORMASI DA VAR.Müasir
    şairlərin belə şerləri çoxdu.AĞ ŞERDƏ QAFİYƏLƏNMƏ CÜZİ MİQDARDA OLUR.Amma
    iradlarınızın bəzilərini qəbul edirəm.Sizə də uğurlar.
    Yazdı: Necmeddin: 19 Oktyabr 2010 13:06
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    ümumiyyətlə qafiyədə deyil ümumi şeirdə axtarmaq lazımdır saymısınız nəsə əlavə etmək istemirəm

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: sekineilyasqizi: 29 Noyabr 2010 11:09
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Sağ olun rəyinizə görə,Nəcməddin bəy.Bu portaldakı ilk şeirim yaman "ağ yuyulub,qa-
    ra sərildi",xoş qarşılayıram.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az