Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: ROMEO | 24 Aprel 2010 | Oxunub: 385| Yadda saxlamaq:
Həqiqətən də varmış ilk baxışdan məhəbbət, Sənə rast gəldiyim gün mən buna əmin oldum. Elə həmin gündən də dünyama çökdü zülmət, Sən daim sönməz bir şam, mənsə pərvanən oldum.
Baxışlarınla məni oda-közə saldın sən, Zərif təbəssümnlə bu canımı aldın sən, Qəlbimdə əbədilik iz buraxdın, qaldın sən, Sən Leyli olmasan da, mən əsl Məcnun oldum.
Ancaq yuxuda səni əzizlədim, oxşadım, Bu şirin xəyalları, heyif, sənsiz yaşadım, Onları anlatmağa nədənsə aciz qaldım, Bütün arzularımla sənin əsirin oldum.
Ürəyimi açmağa çatmadı cəsarətim, Yəqin belə yazılıb mənim taleyim- bəxtim, Bu insafsız dünyaya kaş ki, heç gəlməyəydim, Səni sevməyimə də inan ki, peşman oldum...
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
İlk baxışdan vuruldunsa, ilk gündən məşuqə şam, sən pərvanə oldunsa, bu, normal bir haldır; Bəs niyə dünyana zülmət çökdü? Düz gəlmir axı ? Məgər məhəbbət adama dərd, əzab, məşəqqət verir? Məhəbbət ilahi bir nurdur!