Çox atəşə, oda yanma. Təkcə səni sevəcəyəm. Məni kimsəyə qısqanma, Təkcə səni sevəcəyəm.
Bənzərsən incə gülə sən, Dönmə gəl aya ilə sən, Açıq deyirəm, biləsən, Təkcə səni sevəcəyəm.
Coşqun seləm, durulmaram, Səndən doyub yorulmaram, Bir özgəyə vurulmaram, Təkcə sənı sevəcəyəm.
İstəyirsən məni yoxla, İstəyirsən məni "oxla", Ömürlük yadında saxla,- Təkcə səni sevəcəyəm.
Gül üzlü gözəllər çoxdur, Gülüm, sənə bənzər yoxdur. Bu nə təlaş, bu nə "ah"dır? Gülüm, səni sevəcəyəm.
Bir qız gərək bir oğula, Bütün gözəllər yığıla, Lap belə, dünya dağıla, Təkcə səni sevəcəyəm.
Sən Tahiri yaxşı tanı, Versələr bütün dünyanı, Bil, ey eşqimin sultanı, Təkcə səni sevəcəyəm. ------------------------------ Müəllif: Tahir HEYDƏRLİ
Çap etmək
|