Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Gedərəm,görərsən » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Gedərəm,görərsən

Müəllif: Rauf | 16 Yanvar 2012 | Oxunub: 186| Yadda saxlamaq:
Çox nazınla oynayıram mən sənin,
Qoyub səni tək,gedərəm,görərsən.
Sanma səni tərk edə bilmərəm mən,
İnanma,neynək,gedərəm,görərsən.

Gündə on dəfə küsüb barışırsan,
Hirslənəndə yaman çox danışırsan,
Bəlkə məni qırmağa çalışırsan?
Çox dedin,əl çək,gedərəm,görərsən.

Mən səninlə tanış olandan bəri,
Üzüm gülməyib,çəkirəm dərd-səri,
Mən gedəndə bir də dönmürəm geri,
Ürək də kövrək,gedərəm,görərsən.

Gedəndə ağlayıb qəhərlənmərəm,
Bir də sizin məhlədə hərlənmərəm,
Səndən ayrılanda kədərlənmərəm,
Gülüb sevincək gedərəm,görərsən.

Mən doya bilmərəm bu eşqimizdən,
Xeyir də tapmarıq bu itgimizdən,
Bəlkə bezmisən daha sevgimizdən?
Budursa istək,gedərəm,görərsən.

Sözlərinlə qəlbimə çox dəyirsən,
Məndən axı,söylə,nə istəyirsən?
Hərdən zarafatla da "get" deyirsən,
Olar bu gerçək,gedərəm,görərsən.

Gəl məni məcbur eləmə getməyə,
Bezmişəm nazınla dərdə yetməyə,
Başqa yolum yoxdur sübut etməyə,
Səninçün örnək-gedərəm,görərsən.

Vaxt gələr ki,yaşla dolar gözlərin,
Zülmət olar işıqlı gündüzlərin,
Yazıb "səni sevməyirəm" sözlərin,
Məktubuma həkk edərəm,görərsən.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
      « Əvvəlki əsər: OGULLARA 
      » Növbəti əsər: Gəlin sizə nağıl deyim........ 
Əsəri oxuyanlar (105)
  Oxşar misralar:
  • Sən də unudarsan, sevgilim, məni.
  • Sən məni ötürmə
  • Kimə nə?
  • çevirsən nəyin
  • Sevmirəm səni
  •   Resenziyalar (5)  
    Yazdı: ilashka: 16 Yanvar 2012 21:30
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 31
    Resenziyalar: 632
    Status: Şair
     
    Sözlərinlə qəlbimə çox dəyirsən,
    Məndən axı,söylə,nə istəyirsən?
    Hərdən zarafatla da "get" deyirsən,
    Olar bu gerçək,gedərəm,görərsən.


    Rauf, cox beyendim bu seirinizi. Oxuduqca xos tesir bagislayirdi. Axiciligi da eladir. En esasi da seirin adini cox beyendim "Gederem, gorersen". Ugurlar!
    Yazdı: Samir Qara: 16 Yanvar 2012 22:30
     
    Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
    Əsərlərin sayı: 43
    Resenziyalar: 882
    Status: Azad yazar
     
    Bawimi yalanlarinla aldadaraq qatmiwam
    Senle qusse kederin icinde men batmiwam
    Getmiwem aglamisan men yoldan qayitmiwam
    Darixma bir defelik men gederem-gorersen...

    Rauf ehsen sene qardaw...Yorulmayasan...ugur olsun...

    --------------------
    Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
    Yazdı: bayrami: 17 Yanvar 2012 00:44
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Orijinallığın yenə məni valeh elədi: 11 hecanın qəlibləri (4+4+3; 6+5; hətta 5+6) axıracan gözlənməsə də, şeirin axıcılığı nöqsanı örtür. Orijinal rədif ( gedərəm, görərsən) bəndlərin məzmunu ilə çox uyuşur. Sağ ol, ləzzəl elədi.
    Yazdı: angel15: 17 Yanvar 2012 01:25
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 40
    Resenziyalar: 325
    Status: Şair
     
    Ay Rauf bilinir ki sevdiyiniz qız çox qısqancdı....Ama qısqanclıq yoxdursa o sevgi deyil ki...Allah sizi yarınıza qovuşdursun ......

    --------------------
    Şairlərdir əsl həkim ,
    Dərman deyib , şer verir .
    Vay o xəstənin halına ki ,
    Şer deyil nağıl sevir .
    Yazdı: Rauf: 17 Yanvar 2012 13:02
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Sağ olun,oxuduğunuzçün təşəkkür edirəm hamınıza.

    angel15,
    Təşəkkür edirəm,burda məndən yox,şeirdəki obrazdan söhbət gedir :)

    bayrami,
    Çox sağ ol,ALLAH razı olsun. Bu şeiri çoxdan yazmışam,iradlarla tam razıyam,bölgü təmiz aparılmayıb.

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az