Bir gözəl sevmişəm, qaşı hilaldı, Hər nazi qəmzəsi ,min can alandı, Dedim; bir busə ver, dedi; haramdı , Amma, ümüdümü, üzmədi getdi.
Min yol qurban oldum, mən ona.. azı, O da bol eylədi, qəmzəni ,nazı, Bu şeytan balası,kafərin qızı, Dini, imanımı, aldı da getdi.
dedim ki, ey afət, saxla gümanı, dedi; gözləmə, gəlməz zamanı, dedim; məhv eləmə, bu şirin canı, eşqimi , dəftərə yazdı da, getdi.
Dedim;zülm eyləmə, məndə dözüm yox, Dedi;Söz vermirəm;...buna lüzum yox, Yəni ki, eşqimdən... ona xeyir yox, Göz süzüb, qaşını, oynatdı getdi.
Hardan gəlib çıxdı, başıma bəla, Onunçün düşmüşdüm çox qalmaqala, yolunu kəsdim ki, bir nəzər sala, gözünün ucuyla, baxmadı getdi
dedim ki, rəhm elə, sən şirin canın, axı, harda qaldı? dinin ,imanın, eşqin komasının, uçurtdu damın, amma divarını, sökmədi getdi.
Dedim; az naz eylə , dözmürəm daha, Dedi: ümüdini bagla allaha, Bu eşqin qiyməti, nə yaman! baha! Sevgimi, ehsanə, payladı getdi.
Dedim;ey gözəlim çəkməzsən ziyan Dedi:aglını ver, edəsən güman And içdi; olacaq o mənə mehman, Başqa bir ünvana, o çaşdı getdi
Nə qədər yalvardım!, etmədi rəhmi Yüklədi qəlbimə, hər dərdi, qəmi Dedim; ürək lazım... yar bu sinəmi, Gülməkdən...göz yaşın axıtdı getdi.
Dedim; tumar çəkim, incə telinə, Yaman.. hücum çəkdi, gəldi üstümə Dedi! od qoyaram! sən tək miskinə, Yaxşı ki, ürəyə, köz qoydu getdi.
Bu şerim yarandı, bilmirəm nədən, Ya ki ,dəmnəndi, ya ki də, qəmdən İstərəm, bu Həyat, küssə Səfərdən, Desinlər; bu ölmüş, söz qoydu getdi.
Çap etmək
|