Qardaş malı kimi malın,dövlətin, Yarısı bizimdi,yarısı sizin. Bütün gəzdiyimiz elin,obanın, Cavanı bizimdi,qarısı sizin.
Kamına yetəcək hər arzu,dilək, Yaşasam yaşayaq,öləndə ölək. Balı da şərik tək ikiyə bölək, Pətəyi bizimdi,arısı sizin.
Sanki, bayramıdır yaşıl düzlərin, Sürməsi çəkilib qara gözlərin. Yeri şumlayanda cüt öküzlərin, Qarası bizimdi,sarısı sizin.
Bir mərdlik qanı var,sanki bu qanda, Meyilim olmayıb şöhrətdə,sanda. Payızın bolluğu gəlib çatanda, Sünbülü bizimdi,darısı sizin.
Qiyməti böyükdür hər ilin,ayın, Həyatda yeri var sevincin,vayın. Elvin,bu gördüyün gözəl sarayın, Məhləsi bizimdi,barısı sizin.
Çap etmək
|