Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Tələsmə gözəl » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Tələsmə gözəl

Müəllif: Meherrem AGALAROGLU | 12 Oktyabr 2010 | Oxunub: 1016| Yadda saxlamaq:
Hələ çox cavansan, ömrün öndədir,
Keçir gəncliyini subay və özəl.
Ailə də olacaq, uşaq da hələ
Ərə getmək üçün tələsmə gözəl.

Demə: - Yaşım ötər almazlar məni,
Saçıma tökülər qocalıq dəni,
Yaxıb sifətinə pudra, qələmi
Ərə getmək üçün tələsmə gözəl.

Nə ömür sürmüsən on altı yaşın,
Bəzəkdir sifətin, alınıb qaşın.
Fərz et ki, söz deyir sənə qardaşın
Ərə getmək üçün tələsmə gözəl.

Məhərrəm AĞALAROĞLU

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 9)
      « Əvvəlki əsər: Ağlama gözəl 
      » Növbəti əsər: Gəlinlik donu 
Əsəri oxuyanlar (262)
  Oxşar misralar:
  • Unutmağa tələsmə
  • Tələsmə
  • Ağlama gözəl
  • Gözəl görünürsən
  • Ey gözəl
  •   Resenziyalar (15)  
    Yazdı: sekineilyasqizi: 13 Oktyabr 2010 12:46
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Çox mənalı deyil.Birinci bənd yaxşıdı.İkinci bənddə SAÇIMA TÖKÜLƏR QOCALIQ DƏNİ-
    ???PUDRA,QƏLƏM-dəyişilməli,məncə.DİLİMİZİN SAFLIĞINI QORUYAQ!BƏZƏKDİR SİFƏ-
    TİN-SİFƏTİN BƏZƏKLİ yaxşıdı.ALINIB QAŞIN-lazımsız ifadədi.Uğurlar.
    Yazdı: Necmeddin: 13 Oktyabr 2010 12:57
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Bilirsiniz müəllifi tanımırıq nə hislər kecirib yazdığın bilmirik.Burada çoxlu xətalar var.

    Məs.bölgü xətası Ailə də olacaq, uşaq da hələ

    Poetik səhvlər,rəvansızlıq,axıcılıq yoxdur.

    Ancaq ola bilisin həvəskar yazandır onda bu səhvləri tutmaq lazım deyil.

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Meherrem AGALAROGLU: 13 Oktyabr 2010 20:17
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Rəy yazanların hər birinə öz dərin təşəkkürümü bildirirəm. Haqlı tənqidləri də hər zaman qəbul etmişəm. Bu şerə gəldikdə isə bildirmək istəyirəm ki, sasdəcə bir qıza bədahətən dediyim şeri sonradan vərəqə köçürmüşəm. Məhz bu səbəbdən də şeri incilərlə bəzəməmişəm.

    Bir daha qeyd edim ki, tənqidləri çox yaxşı qəbul edirəm. Bu səbəbdən də hər kəsin şerlərimə fikirlərini bildirmələrini gözləyirəm. Çünki oxucu, tənqitçi fikirləri yazarın daha da inkişafına səbəb olur. Buna rəğmən bildirməliyəm ki, Nəcməddin bəyin "Ancaq ola bilisin həvəskar yazandır" fikrinə nə qədər normal yanaşsam da bu fikirlərinin yanlış olduğunu düşünürəm. Çünki şair, yazıçı hər zaman həvəsgar olur. Çünki yaradıcılıq sahəsinin həvəskarı olmayan insan heç vaxt bu işlə məşğul olmaz.
    Necə ki, "Nobel" mükafatçısı Orhan Pamuk 30 yaşına qədər atasının hesabına dolanaraq yalnız əsərlər yazmışdır. Əgər onun bu səhəyə həvəsi olmasaydı yəqin ki, indi dünyada şöhrət qazanmazdı.

    Son olaraq ümid edirəm ki, mənim bu açıqlamamı anlayışla qarşılayarsınız.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: Necmeddin: 14 Oktyabr 2010 10:38
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Məhərrəm öncə salam.Öncə qeyd edim belə düşünməyin iradları qəbul etməyin mədəniyyətindən xəbər verir.

    Mən sənin haqqında məlumata sahib olmadığımdan o sözü yazmışam.İzahı isə budur ki,şeir yazmaq elə adət halın alıb ki,hamı yazır.Baxırsan əla həkimdir-şeir yazır,Mühəndis şeir yazır,biznesmen şeir yazır,müğənni şeir yazır onda şairlər kimə lazımdır ki?

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
    Nizami Gəncəvi.

    Həvəskar yazan o insandır ki,o sadəcə fikirlərin çalışır şeir şəklinə salsın uyğunlaşdırsın.Və belə yazan insanları tənqid etmirlər çünki onlar axı şair deyillər.

    Şairlər isə-bütün şeir qaydaların bilən,ölçü bəhr,daxili bölgü ,vəzn,qafiyə,həmqafiyə,daxili bölgü,zaman və məna uzlaşması və s.qanunlara riayyət edib yazanlardır.

    Qaldı Orhan Pamuka oxumusunuz əsərin bilmirəm ancaq o əsəri oxusanız görərsiniz ki,anti türkyə əlehinə yazılmış amirkan sifarişli bir əsərdi.Oxusanız əla hiss edəcəksiniz.

    P.S.İnanıram ki, mənim "həvəskar yazan"sözümün mənasın dolğun şəkildə anladınız.Sizə uğurlar

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: bayrami: 15 Oktyabr 2010 03:58
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Müasir qızların elmə, sənətə yox, erkən yaşlarından ərə getməyə can atmaları bir çox fəsadlara səbəb olur, bu, danılmaz həqiqətdir. Müəllifin bu aktual məvzuda qələm çalmağını alqışlayıram.
    Şeir sənətkarlıq cəhətdən bir qədər zəif olsa da, maraqlı və təsirlidir.
    Yazdı: Necmeddin: 15 Oktyabr 2010 14:33
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Qızlar ancaq bunu düşünürlər səbəbkar tv o gic gic seryalları verən kanallardadır.Korlayırlar beyinlərin gənclərimizin beynini tərbiyyəsini

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: Meherrem AGALAROGLU: 16 Oktyabr 2010 16:37
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    Nəcməddin bəy. sizin fikirlərinizi anlayıram və qələm əhlinin tənqidlər hesabına yüksəldiyini də bilirəm. O.Pamuku da buna misal olaraq gətirmişəm. Onun bu əsərinin Türkiyə əleyhinə yazıldığını və bu səbəbdən mükafat aldığını da bilirəm. Ancaq razılaşın ki, o, yazmasaydı amerikanlar da onu tapıb mükafat verə bilməzdilər.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: sekineilyasqizi: 18 Oktyabr 2010 10:53
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Mən sizi istedadlı sanıram,amma hələ gəncsiniz,zaman keçdikcə poetik duyğularınız
    da daha "müdrikləşəcək",söz ehtiyatınız artacaq.Sizdə,yəqin sənətinizdən irəli gəlir,
    publisistik düşüncələr daha öndədi.
    Yazdı: Meherrem AGALAROGLU: 21 Oktyabr 2010 00:32
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 56
    Resenziyalar: 417
    Status: Şair
     
    SƏKİNƏ XANIM FİKİRLƏRİNİZƏ GÖRƏ ÇOX SAĞ OLUN.

    --------------------
    Mənim üçün SÖZ mənadır, MƏNA həyatdır, HƏYAT sevgidir, SEVGİ isə həyat kimi mənasızdır!!!
    Yazdı: yevrey: 22 Oktyabr 2010 10:29
     
    Yaşayır: azerbaycan
    Əsərlərin sayı: 0
    Resenziyalar: 4
    Status: Yeni şair
     
    pis deyil, hetda eladir
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az