DataLife Engine > Qəzəl > Düşəndə qarə telin

Düşəndə qarə telin


28 Noyabr 2011. Ðàçìåñòèë: Rauf
O gül camalına hərdən düşəndə qarə telin,
Qalır gözəlliyi kölgəndə çox zərif gözəlin.

Alıb başımdan,ey insafsız,ağlımı aparır,
Baxışların,gülüşün,zülfi-tərin,incə belin.

Sənin gözəlliyini mən əgər ki,vəsf eləsəm,
Beş-altı beytinə sığmaz bu yazdığım qəzəlin.

Sən olmayanda yanımda,düşür gözümdən həyat,
Gözəldir hər şey,əlimdə olan zamanda əlin.

Sinəmdə sanki səadət sarayıdır ürəyim,
O ilk görüşdə sən oldun həmin sarayda gəlin.

Səninlə bir vurarıq,inşaallah,ömrü başa,
Səninlə başlamışıqsa bu sevginin əzəlin.

Bizi,Rauf,yetirər vəslə sevgimiz,çün onun,
İnam və etibar üstündə qurmuşuq təməlin.

Âåðíóòüñÿ íàçàä