DataLife Engine > Qəzəl > Qəzəl (31 Heca)

Qəzəl (31 Heca)


13 Mart 2011. Ðàçìåñòèë: Rauf
Məni tərk eyləmə,insaf elə,sən getsən əgər,cümleyi-aləm mənə,ey sevgili dildar,dar olar,
Səni illərlə məhəbbətlə sevibdir dəli könlüm,ona olmazsan əgər eşqidə qəmxar,xar olar.


Səni qəlbən sevirəm,qədrini bil hisslərimin,meyl elə pak sevgiyə,öz nəfsinə uyma,gözəlim,
O kəsin ömrü boyu səhvi,uğursuzluğu,ta ki xəyalında nə qədər dövləti-mal,var var,olar.


Yetiş imdadıma,duy ahimi artıq,gözümün yaşını içməkdən usanmış daha torpağın özü,
Gecə-gündüz gülünün möhnəti-hicranı ilə bülbül edən ahü-fəğandan necə gülzar zar olar.


Nə edim,dərdimə ortaq da deyilsən ki deyim dərdi sənə,məcburam,əşarda yazım qəlb sözümü,
Oxu,bəlkə sənə bu,göz yaşım ilə gecələr sübhə qədər yatmayaraq yazdığım əşar ar olar.


Rauf,hər dərdü-qəmin çarəsi təmkindir,əzm göstərərək səbr eləyib,vəslə itirmə ümidin,
Eşidib naleyi-fəryadını,əfqanını,bir gün sənə canından əziz bildiyin ol yar yar olar.



Bəhr: Rəməl
Təfilə: FəilAtün fəilAtün fəilAtün fəilAtün fəilAtün fəilAtün fəilAtün fəilün

Âåðíóòüñÿ íàçàä