Bir şairin cəsarətidir, hünəridir qəzəl, Şehriyat Azərbaycandır, Xəzəridir qəzəl.
Aşiq olmayan şair yazmağa mözu bulamaz, Aşiq olan şairin sevgi xəbəridir qəzəl.
Şair dünyanın zülmət gecəsinə yazır qitə, Bu dünyanın dirəyi eşqdir, səhəridir qəzəl.
Bu dünya ədəbiyyatdır, ölkədir əruz, Əruzun paytaxtı, gözəl şəhəridir qəzəl.
Şairin yaşadığı eşq duyğular qəzəlda var, Şairin zəhəridir qəzəl, şəkəridir qəzəl.
Şair var eşq yaşayır, şair var eşqinden yanır, Her ikisin yaşaram, ömür kədəridir qəzəl.
Onu itirməkdən qorxuram, ürək, cigər yanır, Adilin yara görə yanan cigəridir qəzəl.
Adilin sevinci "heca", qəmi isə "əruz", Adilin "Eşqnamə"-si ən xoş əsəridir qəzəl.
Çap etmək
|