Mündəricat
Bu ayın ən fəal şairləri
Məşhur əsərlər
Müəllif:
abelveliyev
Əsər:
İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif:
abelveliyev
Əsər:
Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif:
Vusal Huseyn
Əsər:
Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif:
Axundi
Əsər:
Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif:
Ruslan Novres
Əsər:
Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif:
Ruslan Novres
Əsər:
22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif:
Vusal Huseyn
Əsər:
Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif:
Saxavat
Əsər:
SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Son resenziyalar
Hədiyyələr
Shop.az
Ödənişli xidmətlər
Sənət dostlarım
Gedib,bir də dönməz o çağlar,o çağlar
Müəllif: Rauf | 30 Yanvar 2012 | Oxunub: 151| Yadda saxlamaq:
Gedib,bir də dönməz o çağlar,o çağlar, Bu dərddən ürəklər qan ağlar,qan ağlar. Kədər-qəm bir an da çəkilmir üzümdən, Bu gözlər gülərdi qabaqlar,qabaqlar. O vaxtlar əlindən tutan əllər indi, Sənin şəklini hey qucaqlar,qucaqlar. Xəyalın yanımda,özün çox uzaqda, Soyuqdur qaranlıq otaqlar,otaqlar. Səni sordu qəlbim qəfil gözlərimdən, Utandı,qızardi yanaqlar,yanaqlar. Bu dünya bizi bir-birindən ayırdı, Sönüb bəxtimizdə çıraqlar,çıraqlar. Sevinclə ağac əkdik eşqin bağında, Yetişdirdi dərd-qəm budaqlar,budaqlar. Mənim çəkdiyim dərdi dağlar götürsə, Görən,tab edərmi o dağlar,o dağlar? Rauf tək qalıbdır ömür yollarında, Səni hər ötəndən soraqlar,soraqlar.(Fə’Ulün fə’Ulün fə’Ulün fə’Ulün)
Çap etmək
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
« Əvvəlki əsər: Türk olaq
» Növbəti əsər: Kədər
Əsəri oxuyanlar (50)
Oxşar misralar: Yada düşdükcə o çağlar Gəlmədi Ağlar Getdi o günlər,geri dönməz Dağlar
Yazdı: ilashka :
30 Yanvar 2012 02:52
Yaşayır: Baki
Əsərlərin sayı: 31
Resenziyalar: 632
Status: Şair
Sevinclə ağac əkdik eşqin bağında, Yetişdirdi dərd-qəm budaqlar,budaqlar. Bu beyti daha cox beyendim. Amma bir seyi nezerinize catdirim. qabağlar, qucağlar, çırağlar, sorağlar sozlerinde "ğe" herfi "qe" herfi ile evezlenmelidir. Ugurlar!
Yazdı: Axundi :
30 Yanvar 2012 12:58
Yaşayır: Bakı
Əsərlərin sayı: 105
Resenziyalar: 604
Status: Şair
Həzin, ritmik, maraqlı idi, sağ ol Rauf qardaş!
Yazdı: bayrami :
1 Fevral 2012 03:25
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Əruzun bilicisinə, qəzəl ustadına, söz xiridarına oxucu sevgimi ərməğan edirəm!
Yazdı: Rauf :
1 Fevral 2012 12:10
Yaşayır: Bileceri
Əsərlərin sayı: 132
Resenziyalar: 557
Status: Şair
Təşəkkür edirəm diqqətiniz üçün.ilashka , Çox sağ olun,düzəltdim.
--------------------
Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz, Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
Yazdı: ilashka :
6 Fevral 2012 05:39
Yaşayır: Baki
Əsərlərin sayı: 31
Resenziyalar: 632
Status: Şair
Buyurun, Rauf bey, amma axirinci beytde "soraqlar" sozu hele de evvelki kimidir
Yazdı: Rauf :
6 Fevral 2012 11:40
Yaşayır: Bileceri
Əsərlərin sayı: 132
Resenziyalar: 557
Status: Şair
ilashka , Fikrimdən yayınmışdı,onu da düzəltdim :)
--------------------
Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz, Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
Məlumat
"Qonaq " kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................