Könlüm yenə qəm içrədir, könlə dərman istədim, Ol sevgili yarı gördüm, könlə mehman istədim.
Bir gözəl eşqi ilə yanıb kül olmuş ki, könül, Çıxmasın aşkarə eşq ,eşqə zindan istədim.
Sevməyə hər kimsə dözməz, çün cəfa eşqin yolu, Kim düşübdür bu yola, gözləri giryan istədim.
Sevginin çoxdur cəfası, səfası yoxdur ki bil, Cəfası aşkar ola, səfasın pünhan istədim
Nə dərdə olduq düçar, allahım rəhmin etginən , Çar naçar qaldıq ki biz, damladan ümman istədim.
Eşqimi etdim dilək, yetmədi arzum, kamına, Sanki ölmüşdür Səfər ,eşqini ehsan istədim.
Çap etmək
|