Gözlədim ki,dilini, yar şəkər eylər, Nədəndi? qəmzənı da, bir təhər eylər.
Arzuya çatmaga tez, umma qatırdan, Dörd nala çapmagi adət , kəhər eylər.
Zəri ver zərgərə ki , ustasıdır o, Naşıya verməki zər, çün betər eylər.
Nadana hə deginən, gönü qalındır, Sinəsi eşqlə dolan daş, qəhər eylər.
Nazınə tab eliyib, dözməliyəm mən, Belə fərmanı verən var, xətər eylər.
Sanmaki eşqə nişan üçün ölən yox, Belə divanəliyi, tək Səfər eylər
Çap etmək
|