İstəmə yar canımı ,etmə dilək, mümkün deyil, Qana saldım canımı ,sındı ürək, mümkün deyil.
Etmə böylə naz mənə , naz çəkməyə, hal qalmamış, Başımın üstdə durub,çərxi fələk ,mümkün deyil.
Incəbelli ,şüx baxış , əqlimi başdan almada, Dil nabat, ləbin şəkər,dininə şək, mümkün deyil.
Zahidi yoldan edər, yellərə yelkən zülflərin, Kipriyin sanki bir ox ,qalxan gərək, mümkün deyil.
Qəlbimi qan eyləmiş, qaşi kamanın can alır, Etdim ehsan canımı, qalması tək, mümkün deyil.
Çəkdiyim eşq zillətin, aləmə aşkar eylədim, Yar dedi ,bu nisgili,xəlvətdə çək,mümkün deyil.
Olmusan Yusif misal, həq söyləmişdir ki Səfər, Hüsnün bir əfsun olub, haqdan kömək, mümkün deyil.
Çap etmək
|