Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib və 5470 əsər dərc olunub.
Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Yaşayır: --
Əsərlərin sayı: 155
Resenziyalar: 1548
Status: Şair
Allah, mənə səbr ver. Ha istəyirəm, bənd olmayım. Görürəm, yox, bu portala get-gedə "qirədətən xasiyin"lər daha çox doluşur. Admin, mediator, Nəcməddin bəy, hardasınız? Əvvəllər belə şeirlər buraya ayaq açan kimi üstünə düşərdilər, Şeirin-poeziyanın qaydaları yada salınardı, qafiyə, bölgü, heca, rədif - yəni şeirin ən adi qanunları başa salınardı. Nə olub bu portala? Hər kəs selbəsini zollayır, deyən yox, dinən yox?
Məsələn, yuxarıdakı yazıda "möhtacdır" 3 dəfə əsas qafiyə kimi 3 yerdə təkrar olunub. Bilmək olmur, əruzdur, hecadır, sərbəstdir. Sətirlər beyt-beyt düzülüb, xub, sətirlərdə hecalar bərabər deyil, qafiyə yox, bölgü yox. Misralar , beytlər arası məna yox, məzmun yox. fikirlər bir-birinə uyuşmur. Sonra da deyək ki, gəncdir, xətrinə dəyməyək, qoy ağzına gələni yazsın????
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Salam.Əziz Bayrami siz deyəsən gənclərdən əl çəkən deyilsiniz. Tənqid edəndə, peşəkarcasına eləmək lazımdır.Əlbətdəki gərək peşəkar olasan ki, peşəkarcasına da düz yol göstərəsən.Məgər indi ki. zəmanədə FİZULİ , NİZAMİ kimi yazan var.əlbətdəki yox.olmayacaqda.O demək deyil ki, yazmayaq.Xeyir.Hər zamanın öz tələbi var.
Səfər qardaş qətiyyən həvəsədn düşmə başlangıc üçün gözəldir.Allaha biz gənclərə səbr və kömək olsun.Amin.
Yaşayır: özümdən uzaqlarda mənimə yaxın bir yerdə
Əsərlərin sayı: 43
Resenziyalar: 882
Status: Azad yazar
Ne bilim...genclere duz yolu gostererek pislik qazanirsa qocalar vay o genclerinde vay o gencliyinde halina...Weiri anlayanlara qulaq assan xeyir taparsan Sefer qardaw...anlamayan seni terifleye-terifleye ucuruma aparacaq...Allah amandir ozunu onlarin eline verme...Ugur olsun...
--------------------
Mənim yazdıqlarım şeir deyil...Ürək sözlərim və ağrılardı...
Yaşayır: --
Əsərlərin sayı: 286
Resenziyalar: 948
Status: Şair
Samir qağa, sənə öz təşəkkür və minnətdarlığımı bildirirəm ki, Haqqı nahaqqa satmırsan. SAĞ OL!
QabilEdalet qağa salamlar! Əvvəla sənə onu deyim ki, şair Bayrami bu sahənin yüksək dərəcəli mütəxəssidir və illərlədi bizim gənclərə qayğı göstərməkdədir. Onun şeirləri dərslikdə də var, tələbələrindən elmlər namizədi, elmlər doktoru olan da var... Yəni O gənclərimizin düşməni deyil 2. Qağa, sənin ki, şüarın ƏDALƏT-di, nə oldu? 3. NİZAMİ-nin öz dogma ana dilində yazdığı bir misra da olsa şeirini bilirsənsə mənə də göndər onun acıyam... SAĞ OL!
Yaşayır: .........................
Əsərlərin sayı: 78
Resenziyalar: 666
Status: Şair
Əzizim Saxavat mənim BAYRAMİNİN sənətinə şübhəm yoxdur.Mən gəncdə olsam ağı qaradan ayırmağı bacarırım.mən demirəm ki, tənqid etməsin.Sadəcə olaraq istəym odur ki, tənqidi elə eləsin ki, gənclərin qəlbinə dəyməsin.Həvəsdən düşməyək.Tənqidi can yandıraraq deyəndə adam daha da ruhlansın.Yoxsa bütün qol qanadın sındırıb həvəsdən salmasın.Allah amanında.
--------------------
Qabil Ədalet
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!