Mündəricat
Bu ayın ən fəal şairləri
Məşhur əsərlər
Müəllif:
ilashka
Əsər:
Yuxuma gəl...
Oxunub: 120 | Resenziyalar: 12
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
Mən səni unudaram
Oxunub: 103 | Resenziyalar: 16
___________________________
Müəllif:
QABIL EDALET
Əsər:
XƏYANƏTİN ƏZABI
Oxunub: 91 | Resenziyalar: 6
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
Sahildə görüşək
Oxunub: 78 | Resenziyalar: 9
___________________________
Müəllif:
Axundi
Əsər:
İstər...
Oxunub: 59 | Resenziyalar: 6
___________________________
Müəllif:
Rauf
Əsər:
Mümkün olmadı
Oxunub: 50 | Resenziyalar: 5
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
HEYİF
Oxunub: 39 | Resenziyalar: 6
___________________________
Müəllif:
Aygun Rehimli
Əsər:
SƏN DEMƏ…………
Oxunub: 54 | Resenziyalar: 6
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Son resenziyalar
Hədiyyələr
Shop.az
Ödənişli xidmətlər
Sənət dostlarım
Düşəndə qarə telin
Müəllif: Rauf | 28 Noyabr 2011 | Oxunub: 459| Yadda saxlamaq:
O gül camalına hərdən düşəndə qarə telin, Qalır gözəlliyi kölgəndə çox zərif gözəlin. Alıb başımdan,ey insafsız,ağlımı aparır, Baxışların,gülüşün,zülfi-tərin,incə belin. Sənin gözəlliyini mən əgər ki,vəsf eləsəm, Beş-altı beytinə sığmaz bu yazdığım qəzəlin. Sən olmayanda yanımda,düşür gözümdən həyat, Gözəldir hər şey,əlimdə olan zamanda əlin. Sinəmdə sanki səadət sarayıdır ürəyim, O ilk görüşdə sən oldun həmin sarayda gəlin. Səninlə bir vurarıq,inşaallah,ömrü başa, Səninlə başlamışıqsa bu sevginin əzəlin. Bizi,Rauf,yetirər vəslə sevgimiz,çün onun, İnam və etibar üstündə qurmuşuq təməlin.
Çap etmək
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
« Əvvəlki əsər: В этом городе стало так холодно...
» Növbəti əsər: Yox haqqım
Əsəri oxuyanlar (178)
Oxşar misralar: Həyat gözəldir Sən yanımda olmayanda (Qəzəl) BİL Kİ XOŞBƏXTƏM MƏN ƏN ÇOX SƏNİNLƏ Bir sevginin sirri Yaman gözəlmiş. (Ənvər Rza )
Yaşayır: --
Əsərlərin sayı: 52
Resenziyalar: 2279
Status: İlin şairi - 2011
Sinəmdə sanki səadət sarayıdır ürəyim, O ilk görüşdə sən oldun həmin sarayda gəlin ŞAH BEYT
--------------------
Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
Yazdı: bayrami :
28 Noyabr 2011 20:15
Yaşayır: --
Əsərlərin sayı: 154
Resenziyalar: 1496
Status: Şair
Allahın Rəsuli-əkrəmini müasirləri tez-tez müəllimlə, şairlə müqayisə edərdilər, fəqət o... O müqayisəyə gələnlərdən biri sənsən, Rauf! Bu qəzəlində ən çox xoşuma gələn bir də bu beytdir: Bizi, Rauf, yetirər vəslə sevgimiz, çün onun İnam və etibar üstündə qurmuşuq təməlin.
Yaşayır: Almanya
Əsərlərin sayı: 107
Resenziyalar: 1004
Status: Şair
Sağ ol Rauf qaqaş. Əla qəzəldir. Lakin məncə: Sinəmdə sanki səadət sarayıdır ürəyim, O ilk görüşdə sən oldun həmin sarayda gəlin. Beytindəki sarayıdır təfiləyə düz oturmur. Axı biz onu sara:yıdır oxumuruq )) Düz tapmışam? ))
--------------------
Vahid, çalış ətrafını incitmə özündən Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
Yazdı: Rauf :
29 Dekabr 2011 18:25
Yaşayır: Bileceri
Əsərlərin sayı: 117
Resenziyalar: 525
Status: Şair
Diqqətinizçün hər birinizə təşəkkürümü bildirirəm..QezelXan , Salam,Amit,yox,o söz bəhri qırmır,təfilədən asılı olaraq uzana bilir,necə ki "həya:tıdır","qona:ğıdır" və s..
--------------------
Bəşər azıbdır öz yolun,cəhalət aləmindədir, Yalanların cəzaları həqiqət aləmindədir.
Yaşayır: Almanya
Əsərlərin sayı: 107
Resenziyalar: 1004
Status: Şair
Hə nolar qaqaş, lap yaxşı. Nətər məsləhətdi, uzanır deyirsən, deməli uzanır ))
--------------------
Vahid, çalış ətrafını incitmə özündən Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
Məlumat
"Qonaq " kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................