Bu sənin qərarındır, ey canan, nə edim? Bu ayrılığa tab eyləmir can, nə edim?
Camalın, ey yar, çoxların almış kamalın Hərgah oldumsa hüsnünə heyran, nə edim?
Əsdi soyuğ qara ruzgar - mən xəzan oldum. Mən sənsiz ömrü, ey gülü-xəndan, nə edim?
Xəstə könlümün məlhəmi səndin, ey canan. Demək. Yox oldu dərdimədərman, nə edim?
Yox öylə təbib, mənə şəfa verəsi. Təkcə sən olmusan mənə loğman, nə edim,
Rəngi-çöhrəm zərd olbdur, qamətim hilal, Çox üzür aciz canımı hicran, nə edim?
Bu ayrılığın məni ağlar günə saldı, Qaldı gözlərim gör necə giryan, nə edim?
Bu dərdlər sığmır cısmimə, mən səbr edirəm. Bu qədər dərd çəkə bilməz insan, nə edim?
Ramil, gəl ruhunu cismindən azad eylə, Sevən insan üçün bu dünya da zindan, nə edim?
Çap etmək
|