Saytda artıq 2332 müəllif qeydiyyatdan keçib və 4601 əsər dərc olunub.
Dərc olunan əsərlərə 17777 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.
Müəllif: Rauf | 13 Mart 2011 | Oxunub: 1071| Yadda saxlamaq:
Məni tərk eyləmə,insaf elə,sən getsən əgər,cümleyi-aləm mənə,ey sevgili dildar,dar olar, Səni illərlə məhəbbətlə sevibdir dəli könlüm,ona olmazsan əgər eşqidə qəmxar,xar olar.
Səni qəlbən sevirəm,qədrini bil hisslərimin,meyl elə pak sevgiyə,öz nəfsinə uyma,gözəlim, O kəsin ömrü boyu səhvi,uğursuzluğu,ta ki xəyalında nə qədər dövləti-mal,var var,olar.
Yetiş imdadıma,duy ahimi artıq,gözümün yaşını içməkdən usanmış daha torpağın özü, Gecə-gündüz gülünün möhnəti-hicranı ilə bülbül edən ahü-fəğandan necə gülzar zar olar.
Nə edim,dərdimə ortaq da deyilsən ki deyim dərdi sənə,məcburam,əşarda yazım qəlb sözümü, Oxu,bəlkə sənə bu,göz yaşım ilə gecələr sübhə qədər yatmayaraq yazdığım əşar ar olar.
Rauf,hər dərdü-qəmin çarəsi təmkindir,əzm göstərərək səbr eləyib,vəslə itirmə ümidin, Eşidib naleyi-fəryadını,əfqanını,bir gün sənə canından əziz bildiyin ol yar yar olar.
Yaşayır: bakı
Əsərlərin sayı: 71
Resenziyalar: 1180
Status: Şair
Siz bəhrlərin müxtəlif növlərində-ölçülərində,həm də çox mürəkkəb olanlarda yazmaqla əruzun bilicisi olduğunuzu göstərirsiniz.Elə bu şeir kimi.Bu,gənc olmanı- za rəgmən böyük məharətdi.Bilmək istərdim,kitabınız dərc olunubmu?Belə poezi- ya incilərini kitabda toplasanız yaxşı olar.