Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Mənə baxma » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2818 müəllif qeydiyyatdan keçib
və 5470 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20830 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   48
Ruslan Novres   46
Vusal Huseyn   29

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: İlahi
Oxunub: 123 | Resenziyalar: 12
___________________________
Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 72 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 78 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Sən ayrılıb gedən gündən...
Oxunub: 69 | Resenziyalar: 6
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 62 | Resenziyalar: 8
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 40 | Resenziyalar: 6
___________________________
Müəllif: Ruslan Novres
Əsər: Ana ! 18. 04. 2008
Oxunub: 37 | Resenziyalar: 5
___________________________
Müəllif: Ruslan Novres
Əsər: 22. 02. 2008
Oxunub: 33 | Resenziyalar: 4
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Xəyal gəmisi
Oxunub: 47 | Resenziyalar: 3
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 80 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Ruslan Novres
Mövzu: SÖZ
Yazan: Samir Qara
Mövzu: Küskünəm...
Yazan: Xafiq
Mövzu: Eşqdə nəsihətim
Yazan: Xafiq
Mövzu: 15. 01. 2002

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Mənə baxma

Müəllif: Rauf | 10 Mart 2011 | Oxunub: 449| Yadda saxlamaq:
Var öylə gözəl gözlərin,ey yar,mənə baxma,
Baxdıqca edirsən məni bimar,mənə baxma.

Daşdan deyiləm,insanam,ey gül,axı mən də,
Rəhm eylə,mənim də ürəyim var,mənə baxma.

Səndən daha xoş söz də belə gözləmirəm mən,
Neynək,elə mənlə acı rəftar,mənə baxma.

Hicran əzabından da betərdir o baxışlar,
Gəl etmə məni vəslə ümidvar,mənə baxma.

Baş tutmayacaq sevgimiz onsuz da,bilirsən,
Məhv olmağıma olma səbəbkar,mənə baxma.

Qoy dərd ilə ortaq olum,öyrəncəliyəm mən,
Sən çəkmə qəm,olma mənə oxşar-mənə baxma.

Qoy bilməsin heç kim,sevib ayrılmışıq,əsla,
Çıxsan nə zaman qarşıma təkrar,mənə baxma.

Kimsə səni zənn eyləməsin əhdə vəfasız,
Biganələri etmə xəbərdar,mənə baxma!

Qəlbin desə,neyçün Raufa üz çevirirsən?
Söylə,özü etdi məni vadar,mənə baxma...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
      « Əvvəlki əsər: Sahibisən 
      » Növbəti əsər: Şübhələr 
Əsəri oxuyanlar (128)
  Oxşar misralar:
  • Mənə irad tutan afət deyirsən ki baxma mənə
  • Baxma
  • Özgə deyiləm
  • Gözlərinə göz dəyər (Ənvər Rza )
  • Ayrılıq olmasın...
  •   Resenziyalar (11)  
    Yazdı: sekineilyasqizi: 10 Mart 2011 12:39
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 72
    Resenziyalar: 1183
    Status: Şair
     
    Mükəmməllik var qəzəldə.Oxunaqlı,mənalı,məntiqlidi.Lirik aşiqin ürəyinin döyüntüləri
    hər beytdə eşidilir.Yaxşıya pis deyənin ağzı əyilər.İlhamınız tükənməsin.
    Yazdı: QezelXan: 10 Mart 2011 13:28
     
    Yaşayır: Almanya
    Əsərlərin sayı: 108
    Resenziyalar: 1035
    Status: Şair
     
    Sag ol brat, elachi.
    Mene göre shah beyti budur:
    Qoy dərd ilə ortaq olum,öyrəncəliyəm mən,
    Sən çəkmə qəm,olma mənə oxşar-mənə baxma.

    Tebine qüvvet

    --------------------
    Vahid, çalış ətrafını incitmə özündən
    Cəhd et elə söz yaz ki, o söz xalqa gərəkdir
    Yazdı: Rauf: 10 Mart 2011 15:19
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Siz sağ olun ki,əziyyət çəkib oxuyursuz :) Minnətdaram..

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Rufat: 10 Mart 2011 15:31
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 16
    Resenziyalar: 85
    Status: Şair
     
    Sağ ol Rauf, oxudum, əla yazmısan. Təşəkkürlər

    --------------------
    Sən məni axtarıb tapmırsan indi,
    Atanda baxardın hara atırsan!
    Yazdı: Rauf: 10 Mart 2011 15:38
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Sağ ol,qardaş.

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Necmeddin: 11 Mart 2011 11:16
     
    Yaşayır: --
    Əsərlərin sayı: 61
    Resenziyalar: 2480
    Status: İlin şairi - 2011
     
    Rauf əladır.Mən hər dəfə sənin qəzəllərini oxuyanda sözün həqiqi mənasında feyziyyab oluram.Davamı gəlsin

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: bayrami: 11 Mart 2011 12:37
     
    Yaşayır: --
    Əsərlərin sayı: 155
    Resenziyalar: 1548
    Status: Şair
     
    Məncə, həzəc bəhrindədir, çünki, axıcı və rəvandır.( Demişdim, xahiş etmişdim axı Raufdan, əruzu öyrətmə məqsədilə qəzəllərin bəhr, təfilələrini də başlıqda qeyd etsin)
    Diqqət edin, burada klassık qəzəllərdəki ərəb-fars tərkibləri, izafələr yoxdur. Rəhmətlik Əliağa Vahid sənətkarlığından bəhrələndiyi göz qabağındadır.
    Yazdı: Rauf: 11 Mart 2011 18:45
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Necmeddin,
    Sağ ol,qardaş,oxuyan gözlərin ağrımasın :)

    bayrami,
    Bəli,həzəcdədi,təfiləsi "MəfUlü məfAİlü məfAİlü fəUlün" -dür. Baş üstə,gələn dəfə yazdıqlarımın bəhr və təfiləsin də yazaram.. Çox sağ ol..

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Yazdı: Elmar Shahmar: 11 Mart 2011 21:00
     
    Yaşayır: --
    Əsərlərin sayı: 8
    Resenziyalar: 189
    Status: Şair
     
    cox gozel rauf,ela yazmisan,menim de bu redife oxwar redifli bir qzelim var,"ele baxma"redifli,inwallah boluwerem,ugurlar
    Yazdı: Rauf: 12 Mart 2011 18:16
     
    Yaşayır: Bileceri
    Əsərlərin sayı: 132
    Resenziyalar: 557
    Status: Şair
     
    Elmar Şahmar,

    Sən sağ ol ki oxumusan. İnşaallah,yazarsan oxuyarıq..

    --------------------
    Nədir söz-bəndəyə Həqqdən verilmiş ərmağandır söz,
    Susub daxildə yatmış hisslər üçün tazə candır söz.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 948
    Əsərlərin sayı: 286
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 882
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • clacuulgaracy
    dr_nigar
    usenfuthflist
    Proposter2012
    Frescorry
    INOGMAGAURI
    nikolya1m
    porter
    Troulgetoor
    AlawsmahSpams
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az