DataLife Engine > Gəraylı > Var

Var


5 Sentyabr 2010. Ðàçìåñòèë: sekineilyasqizi
Ay Səkinə,haqqa bəlli,
Tək Tanrının bir üzü var.
Bu dünyanın Nuh-Nəbidən
Xeyir üzü,şər üzü var.

Qismətini çoxdu çalan,
Heç gördünmü dərdi talan?
Libas olmaz çulla palan,
Çox da ipək,zər üzü var.

Duman çökər dağ baxtına,
Qırov düşər bağ baxtına,
Arxalanma ağ baxtına-
Zəmanənin hər üzü var.

Könül dərdə qalanmaya,
Yaxşı pisə taylanmaya,
Mərd kəməlib saylanmaya,
Nə qədər ki yer üzü var.


Âåðíóòüñÿ íàçàä