DataLife Engine > Gəraylı > Keçdi
Keçdi3 Sentyabr 2010. : sekineilyasqizi |
|
Ay igidlər,ay ərənlər, Gədəqızlar bəyə keçdi... Xanım oldu qapda qalan, Pəncərədən öyə keçdi. Sərraf olan göz oxudu: İrsiz qanqal gül qoxudu; Arğac düz,yanlış toxudu- Ələ kirkit,hüyə keçdi. Yaxşı-yaman bilənməyən, Gözün zığın silənməyən, Eşşək arpası bölməyən İş başına yiyə keçdi. Könül. bundan,de,nə qandın, Nəyi dedin,nəyi dandın; Hər cürə oduna yandın, Pis yanında nəyə keçdi?.. |